Kirovka kəndində 7 yaşlı oğlan suda boğulub
Marneuli bələdiyyəsinin Kirovka kəndində 7 yaşlı oğlan suda boğulub

Bu haqda məlumatı Marneuli radiosu ilə söhbət zamanı Kirovkanın ictimai məktəb direktoru təsdiq etdi.
O, həmin ailənin qohumudur. Onun sözlərinə görə uşaq kənddə nənə-babasının yanında dincəlirmiş və orada yerləşən arxın kənarında oynayırmış.

7 yaşlı oğlan bir neçə saat əvvəl yoxa çıxıb. Neçə saatlıq axtarışdan sonra kəndin arxında ölmüş vəziyyətdə tapıblar.
Biz məlumatı təsdiqləmək üçün Fövqəladə Hallar İdarəsinin PR xidməti ilə əlaqə saxladıq. Onlarda baş verən faktla bağlı məluçat yox idi. Güman ki, yardım qrupuna heç kim müraciət etməyib.

DİN-dən Marneuli radiosuna məlumatı təsdiqlədilər və dedilər ki, istintaq Gürcüstan CM-nin 116-cı maddəsi ilə gedir. Maddə ehtiyatsızlıqdan həyatı itirməyi nəzərdə tutur. Cəsədin ekspertizası aparılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google