Məhkəmə Temur Abazovu ilkin həbsdə saxladı

Məhkəmə Temur Abazovu ilkin həbsdə saxlayıb. Qeyd olunan qərarı hakim bu gün, 26 iyul tarixində baş tutan məhkəmə iclasında qəbul edib.


İşin prokuroru Giorgi Lobjanidze mediayla söhbəti zamanı deyib ki, məhkəmə hesab edir ki, indiki mərhələdə də ittiham olunan tərəfindən sübutların məhv edilməsi və yeni cinayətin törədilməsinə dair real təhlükə var və buna görə ona qarşı təyin edilmiş ilkin həbs cəzası qüvvədə qalıb.

Prokuror həmçinin qeyd etdi ki, cinayət məcəlləsi işi ilə bağlı yeni hallar aşkarlanıb və istintaq yenidən gedir. O, başqa detallar haqqında şərh verməkdən çəkindi.

Temur Abazovun vəkili Qaqi Mosiaşvili Abazovun ilkin həbsdə saxlanılması qərarını ədalətsiz və səhv hesab edir. Çünki özünün dediyinə görə, reallıqda hansısa ədalətli əsas yoxdur ki, Abazova qarşı ön tədbir olaraq ilkin həbsdən istifadə olunsun.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები