Temur Abazovun sözlərinə görə, onun saxanılmasına Bidzina
İvanişvili ilə yaxın tanışlığı səbəb olub. Televiziya vasitəsilə
yayımlanan məlumat əsasında prokurorluq qərar qəbul edib.
Həmin vaxt Saralidzenin aksiyaları idi və onu böyük qorxuya görə
əsassız həbs ediblər.
“Yuxarıdan deyiblər ki, sonuna qədər gedin. Vəzifəli
şəxsi həbs etmək belə asan olmur” – bildirib Temur
Abazov bu gün baş tutan məhkəmə prosesində.
“Səhvə yol verdilər, televiziya ilə yayımlanan məlumat
əsasında həbs etdilər. Amma Temur Abazov orada olmayıb. Temur
Abazovun səsi deyildi. Stəkanda barmaq izi olmayıb. Ümumiyyətlə heç
kim demir ki, Temur Abazov orada olub və kim deyirsə bu həqiqətə
uyğun deyil”.
Temur Abazov hakimə xatırladıb ki, o, Ankarada polis akademiyasını
bitirib. Orada nizam-intizam və bilik yüksək səviyyədədir. Böyük
təcrübə qazanıblar və belə axmaq hərəkət etməzdi. Belə iş etməzdi
və bunu facebook vasitəsilə yayımlamazdı.
“Etdirdiklərini ən alçaq adama etdiriblər. Hamı yaxşı
bilirdi ki, özümün və şəxsən tanıdığım Bidzina İvanişvilinin
ailəsinə böyük hörmət edirəm” – deyib Abazov məhkəmə
iclasında.
Temur Abazov həmçinin qeyd edib ki, o, görünməmiş bir şey edib.
Seçkilərə üç həftə qalmış seçkiqabağı kampaniyadan sonra 70% səs
toplayaraq rekord qırıb. Abazov öz həbsini bu faktla da
əlaqələndirir və deyir ki,
“bunu edənin qorxusu var
imiş ki, mən onu kölgədə qoyacam. Ona görə də bunu
etdi”.
“Mən xalqın qarşısında borcluyam, mənə səs verdilər,
onlar gətirdilər, narahat oldular və məni seçdilər. Mən bir çox
layihələri başladım və davam etməliyəm. Mən xalq üçün çalışıram və
onların xidmətində olmağı planlaşdırıram. Mənim itirəcəyim çox şey
var, elə adamlar var ki, itirəcəyi heç nə yoxdur. Mənim atam
polkovnikdir və 35 il xidmət göstərib. Üç qardaşım var və üçü də
polisdir. Mənim seçki qabağı proqramım və ya çalışdığım dövrü
götürün, mən yalnız qanunun dili ilə danışırdım.
Mən Azərbaycanın birinci şəxsini də və Türkiyənin prezidenti
Ərdoğanı da tanıyıram. Vəkillərdən və şəxsi əlaqələrdən istifadə
edə bilərdim, amma mən heç vaxt bundan istifadə etməyə çalışmamışam
və qanun mənim üçün həmişə qanunluq edib.
Olsun girov. Adi rejimdə gündüz bayırda və ya gecə ciddi kontrol
altında olum. Prezidentin yeznəsinin dostunu 20 il və ya sonsuz
cəza gözləyir və girovla azadlığa buraxıblar.
Mənim səhv addımım istisnadır. Mən istəyirəm ki, yalnız öz ailəmin
yanında, evdə olum” – bildirib Temur Abazov məhkəmə
iclasında.
Abazovun çıxışını “Marneuli” Radiosuna Marneuli City təqdim edib.