86 yaşlı qadın yerli hakimiyyətdən kömək gözləyir, yerli hakimiyyət isə xalqa pul toplamağı təklif edir

86 yaşlı Həmail Sarıyeva iki ay bundan əvvəl evinin divarının bir hissəsi uçduğuna görə kömək tələb edirdi. Həmin vaxt “Marneuli” radiosu daxil olmaqla bir sıra mətbuat vasitəsi problemi işıqlandırmışdı.

Ona evinin təmir olunacağı vəd edilmişdi. Hal-hazırda həmin divarın qalan hissəsi də uçub, lakin Həmailə hələ də heç bir yardım görtərilməyib.
Biz “Marneuli” radiosu olaraq təkrar Ulaşlı kəndinə getdik və vəziyyətlə maraqlandıq. Evin indiki vəziyyəti yaşayış üçün olduqca təhlükəlidir. Həmailin sözlərinə görə, 2 ay əvvəl Gürcüstan Parlamentinin majoritar deputatı Ruslan Hacıyev onun ziyarətinə gələrək ona söz verib ki, evin bərpa olunması üçün əlindən gəldiyi qədər kömək edəcək.



Ziyarətinə gələnlərin və yardım üçün söz verənlərin olmasına baxmayaraq ona kömək göstərən olmayıb.

Həmailin sözlərinə görə, o, kömək üçün Qasımlı inzibati ərazi vahidliyinin nümayəndəsinə müraciət edib. İcra nümayəndəsi isə Ulaşlı kənd sakinlərindən evin təmiri üçün yardım toplamalarını istəyib.

Evi uçduğundan indi onun işığı da yoxdur və işıqsız evdə yaşamaq yaşlı qadın üçün daha da çətindir. Həmail çətin şəraitdə tək yaşamaq məcburiyyətindədir.
O, evinin əvvəlki vəziyyətə qayıtmasını istəyir və aidiyyatı orqanlardan kömək gözləyir.

Məsələyə aydınlıq gətirmək üçün Ruslan Hacıyevlə əlaqə saxladıq. O, bizə bildirdi ki, yaxın günlərdə meriya və onun bürosu tərəfindən evin təmiri üçün lazimi köməklik göstəriləcək.
Qeyd edək ki, Həmailin illər öncə böyük və mehriban ailəsi olub, sonra yoldaşı dünyasını dəyişib və bundan sonra onun üçün çətin bir dövr başlayıb. İki oğul və bir qız övladını çətinliklə böyüdüb. Daha sonra övladının biri xaricə köçüb və orada yaşamağa başlayıb, digər övladı evlənərək kəndin digər hissəsində yaşayır, qızı isə ailə quraraq Türkiyəyə köçüb. Hal-hazırda onun övladları və nəvələrinin olmasına baxmayaraq, 20 ildir ki, evdə tək yaşayır.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები