Marneulinin ən böyük kəndlərindən birində xalq bayramı “Sadaxlı El Bayramı” keçirildi
Marneuli rayonun ən böyük kəndlərindən biri olan Sadaxlı kəndində 30 iyul tarixində el şənliyi keçirildi. “Sadaxlı El Bayramı” (Sadxaloba) adı altında keçirilən tədbirin məqsədi Sadaxlı xalqının əsrlər ərzində yaşadıqları həyat tərzini bir gün canlandırıb yeni nəsilə ötürməkdir.

Sadaxlıların keçirdiyi “Sadaxlı El Bayramı” aşıqlar, rəqs qrupları, xanəndələr iştirak edirdilər, eləcədə şənliyə Marneuli Bələdiyyəsinin rəhbər şəxslər, Qeyri Hökümət təşkilatının nümayəndələri, dəvət olunmuş qonaqlar, Sadaxlı və onun ətrafında yerləşən kəndlərdən gələn sakinlər və digər rəsmi şəxslər iştirak edirdilər.

Bayram şənliyinin təşkil olunmasını Azərbaycanda fəaliyyət göstərən "Sadaxlı El Məclisi" həyata keçirir. "Sadaxlı El Məclisi"nin üzüvlərindən olan İlyas Adıgözəli şənliyin əhəmiyyətindən söz açdı və bu günün təşkilatçılığında əməyi keçənlərə təşəkkürünü bildirir.



Tədbirdə iştirak edən kənd sakinlər də öz təəssüratlarını bizimlə bölüşdülər. Bildirdilər ki, bu cür bayram şənliklərinin keçirilməsi həm azərbaycanlı həmdə gürcü xalqlarının dostluq rəmzidir.



El şənliyində yeni fəaliyyətə başlayan "Yeni Düşüncə İnustutunun" üzvləri də öz komandası ilə iştirak edirdilər. Təşkilatın sədri Ariz Daşdəmirli "Marneuli" Radiosuna bildirdi ki, Sadaxlı eli Gürcüstan giriş qapılarından biridir və bunun üçün bu giriş qapısında sağlam durmaq lazımdır.



Bu il sayca 3-cü dəfə keçirilən “Sadaxlı El Bayramı”nin adı Sadaxlı elinin bayramı mənasını daşıyır.
Print ელ. ფოსტა
FaceBook Twitter Google