Marneulinin "susqun deputatları"
Heç bir qanunlayihə, heç bir çıxış, heç bir qanunverici qeyd. Bu “Gürcü Arzusu” partiyasının Marneulili parlamentariləri tərəfindən 2016-cı ildən bu günə qədər həyata keçirilmiş işlərdir. “Milli Hərəkat”ın üzvü Marneulili parlamentarisi isə qanunvericilik təşəbbüsündən yalnız iki dəfə istifadə edib Amma heç vaxt çıxış etməyib və qanunverici qeyd etməyib.
Mahir Dərziyev Gürcüstan Paramentinə 2016-cı ildə “Gürcü Arzusu”nun proporsional siyahı ilə daxil olub. Dərziyev parlamentdə diaspora və Qafqaz məsələləri üzrə komitənin üzvüdür. Komitənin 39 iclasından 4-də üzrlü səbəbə görə iştirak etməyib. Komitədə onun aktivliyi isə Gürcüstan parlamentindən verilən məlumata əsasən belədir: Mahir Dərziyev 9-cu çağırış parlamentin hesabat dövründə diaspora və Qafqaz məsələləri komitəsinin adı ilə qanunlayihənin təşəbbüskarı olmayıb. O, parlamentin plenar iclasında heç vaxt çıxış etməyib və heç vaxt qanunverici qeyd təqdim etməyib.

Tamaz Naveriani 2016-cı ildə parlamentari olub. O, Marneulinin majoritar dairələrindən birində namizədlik verib. “Gürcü Arzusunun” üzvü Tamaz Naveriani Mahir Dərziyev kimi diaspora və Qafqaz məsələləri üzrə komitənin üzvüdür və o da 9-cu çağırış parlamentin hesabat dövründə pelnar iclasda, komissiya iclasında heç bir qanunlayihə, heç bir qeyd, heç bir təşəbbüs və heç bir çıxış etməyib. İdman və gənclərin işi üzrə komitədə o, heç vaxt çıxış etməyib və heç vaxt qanunvericilik təşəbbüsü irəli sürməyib.

2016-cı ilin parlament seçkilərində “Gürcü Arzusu”nun daha bir majoritar namizədi mandat adı. Ruslan Hacıyev paramentin Təhsil, Elm və Mədəniyyət komitəsinin üzvüdür. Onun aktivliyi yuxarıda qeyd olunan həmkarlarına bənzərdir, plenar iclasda heç bir təşəbbüs və çıxış, heç bir qanunverici qeyd irəli sürməyib. 2017-2018-ci il dövründə Hacıyev komitənin 39 iclasından 14-də üzrlü səbəbə görə 6-da isə üzrlü olmayan səbəbə görə iştirak etməyib.

Azər Süleymanov 2016-cı ildə “Milli Hərəkat” partiyasından proporsional siyahı ilə parlamentari olub. Artıq xatırlatdıq ki, o, yalnız iki dəfə təşəbbüs hüququndn istifadə edib. Amma qeyd olunan təşəbbüs iki dəfə də geri çevrilib. Süleymanov paramentin iki komitəsinin üzvüdür. Diaspora və Qafqaz məsələləri üzrə komitənin 39 iclasından 27-də üzrlü səbəbə görə iştirak etməyib. Qeyd olunan komitənin adından qanunlayihə təşəbbüskarı olmayıb. Regional siyasət və özünüidarəetmə komitəsinin 60 iclasından Süleymanov 54-də üzrül səbəbə görə iştirak etməyib. Qeyd olunan komitənin adından heç bir qanunlayihə təşəbbüsü irəli sürülməyib. Süleymanov eləcə də heç vaxt parlamentin plenar iclasında çıxış etməyib və qanunvericilik qeydi təqdim etməyib.

Marneulili parlamentarilərdən “Marneuli” Radiosuna yalnız biri müsahibə verdi. Bizimlə söhbət zamanı Ruslan Hacıyev qeyd etdi ki, bütün Marneulili deputatlar aktiv şəkildə parlamentin işinə qoşulublar.

“Bizim parlamentin həyatında mən çox aktiv deputatam. Mən də, cənab Savalan, Tamaz və cənab Dərziyev də” – deyir Ruslan Hacıyev.



Bizim onların parlamentin işinə qoşulması nədən təsvir olunub sualına Hacıyev belə cavab verdi ki, o, təhsil, mədəiyyət və idman komitəsinin üzvüdür.

"Mənim qoşulmağım aktivdir çünki mən təhsil, mədəniyyət və idman komitəsinin üzvüyəm. Prosesə aktiv olaraq qoşulmuşam. Təshil sahəsində hans proseslər gedir hamsına qoşuluram. Ola bilər təşəbbüskar mən deyiləm ancaq mənim fikrimcə bu problem deyil"
- deyir Ruslan Hacıyev.



Hacıyev bizimlə söhbəti zamanı eləcə də qeyd etdi ki, deputatların aktivliyi təsvir olunan rəsmi statistika başqadır, onların qoşulması isə başqa.

Biz bütün gün ərzində çalışırdıq ki, qalan deputatlarla da əlaqə yaradaq. Tamaz Naveriani Marneuli Radiosunun zənglərinə cavab vermədi. Savan Mirzəyev və Mahir Dərziyev bizim zəngimizə cavab verdilər, ilk əvvəl müsahibəyə razılaşdılar amma sonra məsələnin nə ilə bağlı olduğunu bildilər və görüşdə olduqlarını bəhanə gətirərək sonradan əlaqə saxlamağımızı istədilər. Ondan sonra Azər Süleymanov zənglərimizə söndürür , Mahir Dərziyev isə telefona cavab vermir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google