Ozurgetidə ata övladını yaralayıb. Daxili İşlər Nazirliyinin
məlumatına görə, Quriya Polis Departamentinin Xəfiyyə İdarəsinin
əməkdaşları isti izlərlə keçirilmiş əməliyyat-istintaq fəaliyyəti
nəticəsində 1954-cü ildə anadan olmuş
A.B.-ni sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə
saxlayıblar. Onun törətdiyi cinayət üçün 3 ildən 6 ilədək
azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“İstintaq müəyyən etmişdir ki, müttəhim Ozurgeti bələdiyyəsinin
Konçkati kəndində öz yaşadığı evin həyətində qarşılıqlı mübahisə
zəminində övladı 1978-ci il təvəllüdlü Q.B.-ni soyuq silahla iki
yerindən yaralamışdır. Hal-hazırda onun həyatı üçün təhlükə
yoxdur.
Hüquq mühafizə orqanlarının əməkdaşları A.B.-ni hadisə baş
verdikdən 1 saat sonra hadisə yerində saxlayıblar. Polis cinayətdə
istifadə olunmuş soyuq silahı – bıçağı maddi sübut kimi
götürmüşdür.
Saxlanılan şəxs törətdiyi cinayəti etiraf edir.
Gürcüstan Cinayət Məcəlləsinin sağlamlığa qəsdən həyat üçün təhlükə
yarada biləcək ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsinin
birinci hissəsi ilə istintaq davam edir”, - məlumatda
deyilir.