Algetinin 19 saylı küçəsinin sakinləri yola öz xərcləri ilə çınqıl tökdürüblər

Dağılmış yol, yaz və yayda toz, qışda və payızda gölməçələr və palçıq.

Sakinlər istər maşınla olsun, istər piyada – hərəkət etməkdə çətinlik çəkirdilər. Yolların bərbad olması üzündən maşınlar tez-tez sıradan çıxırdı.

Algeti kəndinin küçələrindən birinin sakinləri yerli hakimiyyətdən yollarını təmir olunacağı barədə bir neçə dəfə vəd alsalar da bu illər ərzində yollarını təmir edən olmayıb. Sakinlər isə artıq meriyanı gözləməyiblər və öz gücləri hesabına problemi həll etməyə çalışıblar. Həsən Həsənovun 43 yaşı var, doğulandan Algetidə yaşayır. O, deyir ki, özünü bildiyi vaxtdan yolları həmişə bərbad vəziyyətdə olub.

"Üç yüz lari ödədik və biz özümüz düzəltdik yolu, kənd sakinləri. Kimin nəyə imkanı çatır, 10 lari, 20 lari yığdıq. Beş il olar yolun düzəldilməsini xahiş etmişik. Lakin deyirlər ki, hələ digər kəndləri düzəldirlər, meriyada belə cavab verirlər"
- deyə Həsən Həsənov bildirdi.



"Bu yol bax belə deyildi. Bərbat gündə idi başdan. Buraya da özümüz pul yığmışıq. Ordan ora. Asfal qatı çəkləcək, belə olacaq. Seçki qabağı deyirlər belə olacaq. Amma hələ heçnə yoxdur" - deyə kənd sakini bildirrdi.



Algeti küçələrinə ad verilməyib. Əhalinin öz xərci hesabına yolu təmir etdirdiyi məhəllə isə bələdiyyə sənədlərində 19-cu küçə kimi qeyd olunub.

Marneuli meriyası tərəfindən bizə ünvanlanmış məktubda yazılıb: “Hal-hazırda yola çınqıl tökülüb. Lakin imkanlarıdan irəli gələrək, büdcə imkan verərsə yola asfalt çəkilməsi də planlaşdırılacaq.”

Algetidəki 19 saylı küçənin sakinlərinin öz xərcləri hesabına yola çınqıl tökdürməsi onların asfaltsız qalmasının səbəbi ola bilər.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google