Xalq tərəfindən səsləndirilən ən mühüm problem və elan olunmuş 487 994 lari dəyərində tender

Tamarisi kəndinin daxili yollarının bərpası üçün Marneuli meriyası tərəfindən tender elan olunub.

Tenderə görə Tamarisidə 7 daxili yolda 2 344 metr uzunluğunda asfalt örtüyü çəkiləcək. 487 994 lari dəyərindəki tenderdə təkliflər 16 avqustdan 21 avqustadək qəbul ediləcək.

Tamarisi sakinləri radiomuzla söhbətləri zamanı bildirdilər ki, yol problemi olsa da, onları narahat edən ən önəmli məsələ kanalizasiya problemidir. Bir çox halda sakinlər kanalizasiya suyu üçün həyətlərind quyu qayırılar. Bir neçə ayda bir dəfə isə bu quyuları xüsusi maşınlarla təmizlətdirirlər. Sakinlərdən bəziləri isə kanalizasiya borusunu suvarma arxına birləşdirib.

“Kanalizasiya problemi həqiqətən var, ümumiyyətlə kənddə kanalizasiya yoxdur. Elementar olaraq, hamam var, ifadəmə görə üzr istəyirəm, tualet var, mətbəx və s. quyular qazmışıq və hər iki aydan bir maşın çağırıb təmizlətdiririk. Kəndin ən əsas problemi budur”, - Nana Moxevişvili deyir.

“Kanalizasiyanın olmaması problemdir, bəs necə, əvvəldən də bu kənddə kanalizasiya olmayıb”, - Koba Tsiklauri bildirdi.



Meriya tərəfindən yazılmış məktubdan aydın olur ki, bu il Tamarisidə kanalizasiya sisteminin yaradılması planlaşdırılmayıb.
“Marneuli” radiosu

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google