Azad Kərimovun dediyinə görə, İmamquliyev partiyada qərarları özü tək qəbul edir

Marneuli bələdiyyə məclisinin "Avropalı Gürcüstan" fraksiyasının üzvü Azad Kərimov partiyanı və fraksiyanı tərk edib.


7 avqust tarixində bələdiyyə məclisinin iclasında "Avropalı Gürcüstan" fraksiyası ləğv olunub. Gürcüstan inzibati məsələlər üzrə məcəlləsinə müvafiq olaraq fraksiyada ən azı üç nəfər bələdiyyə məclisinin üzvü omalıdır. Azad Kərimovun partiyanı tərk etməsindən sonra Avropalı Gürcüstan" fraksiyasında yalnız iki deputat qalıb.

Azad Kərimov şəxsi qərarının səbəbi olaraq Əhməd İmamquliyevin partiyada qərarları tək verməsini qeyd edib. O, həmkarlarının fikrini nəzərə almırmış.

"O, deyir ki, təkcə mənəm və buna görə də partiyanı tərk etdim" - deyir azad Kərimov.

Kərimov bizimlə söhbəti zamanı yenə də qeyd etdi ki, o, bələdiyyə məclisinin üzvü olacaq və işləri daha yaxşı gücləndirəcək. Kərimov hələlik hansısa partiyaya birləşməyi düşünmür.

"Baxaq hansı partiya yaxşıdır. Oraya da gedəcəm"- deyir Azad Kərimov Marneuli Radiosu ilə söhbəti zamanı.

Müəllif verlişi "Müzakirə nöqtəsi" Marneuli Radiosunda yayımlanır. Aparıcı Samirə Bayramova və Emin Yadigarov qonaq olan Əhməd İmamquliyevdən soruşurlar ki, onunla Azad Kərimov arasında mübahisə haqqında məlumat versin ancaq İmamquliyev bunu inkar edib.

Əvvəlki bələdiyyə məclisnin iclasında Əhməd İmamquliyev "Avropalı Gürcüstan" fraksiyasının sədr müavini əvəz etmək üçün bələdiyyə məclisinə müraciət edib. İmamquliyev fraksiya üzvlərinin təcrübə toplaması ilə bunu sübut edirdi. Məhz o zaman Azad Kərimovun fraksiya sədr müavinliyi statusu dayandırılıb.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები