Deputatlar məzmunundan xəbərsiz olmalarına baxmayaraq Gender Şurasının ilk fəaliyyət planının qəbul edilməsi üçün əl qaldırdılar

Marneuli bələdiyyəsinin gender bərabərliyi şurası fəaliyyət planını hazırlayıb.

Plan bu gün 7 avqust tarixində bələdiyyə məclisinin iclasına müzakirəyə çıxarıldı və müsbət qərar qəbul edildi.

Gender şurası Marneuli bələdiyyəsində təxminən yeddi aydır ki, fəaliyyət göstərir. Bu müddət ərzində isə vacib layihələr həyata keçirməyiblər.

Bunun hamısını isə bələdiyyə məclisinin sədrinin gender məsələləri üzrə müşaviri İa Esebua belə izah edir ki, ümumiyyətlə Marneuli bələdiyyəsində belə şura ilk dəfə yaradılıb və yeni layihədir. Həm də layihə həyata keçirmək üçün maddi dəstək yoxdur. Ona görə də yaxın gələcəkdə Marneuli meriyasından maliyyə gözləyirlər. Esabuanın sözlərinə görə,artıq statistika üzərində çalışmaq işləri başlayıb və müəyyən edilmiş prioritetlərin həyata keçirilməsinə başlanılıb.

"Real olaraq gender şurası üçün büdcəmiz yoxdur. Buna görə də desək ki, nəsə tikirik, yalan olar, çünki vəsaitimiz yoxdur. Ona görə də, şura olaraq real nə edə biləcəyimizi, həm sədr, həm də bütün üzvlər məsuliyyət götürdüyümüzü yazdıq. Bu ilk dəfə olur, bu günədək belə bir şey olmayıb. Ona görə də ilk növbədə gender bərabərliyinin təmin olunması üçün davamlı institusional, hüquqi və təşkilati mexanizmlər yaratmalıyıq"
- deyə İa Esebua bildirdi.

İa Esabuanın bəyənatına görə, işlənilmiş bir illik planla onların şurasının bütün üzvləri tanışdır. Marneuli radiosu çalışdı ki, Marneuli bələdiyyəsinin gender şurasının üzvlərinin fəaliyyət planı haqqında məlumatının olub olmamasını öyrənsin. Bunun üçün isə gender şurasının sədri Amiran Qiorqadzeyə sual verdik və o, dedi ki, əlbəttə, planla tanışdır, ancaq detallardan söhbət açmaqdan çəkindi. Ətraflı məlumat üçün bizi İa Esebuaya istiqamətləndirdi.

"Bu məsələyə İa xanım qoşulub. Əlbəttə ki, bilirdim, mən sədrəm" - deyə Amiran Qiorqadze bildirdi.

Gender şurasının üzvü Roman Tabatadze də oxşar sözləri dedi və ətraflı məlumat üçün bizi Esebuaya istiqamətləndirdi.

"İclas qurtardıqdan sonra İa xanımdan soruşun" - deyə Roman Tabatadze bildirdi.

Gender şurasının yeganə üzvü, gender mütəxəssisi üzrə ixtisaslaşmış Nona Samxaradzenin də digər üzvlər kimi işlənilmiş fəaliyyət planı haqqında məlumatı yoxdur. O, deyir ki, ilk dəfə sənədə dair onun qeydləri var imiş ancaq yekunda qəbul edilən planda onun qeydlərini nəzərə alıblar, ya yox, bu haqda heç nə bilmir.

Marneuli bələdiyyəsində gender şurası 2018-ci ilin fevral ayında yaradılıb və 12 üzvdən ibarətdir.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები