Marneulidə avqust müharibəsində həlak olan qəhrəmanları yad ediblər
və 8 avqust müharibəsində həlak olanların memorialının ərazisinə
toplaşıblar.
Yerli və mərkəzi hakimiyyət nümayəndələri bir daha 10 il bundan
əvvəl baş vermiş Rusiya-Gürcüstan müharibəsini xatırlayıblar və
əsgər ailələrinin üzvlərinə, onların övladlarına, ata və həyat
yoldaşlarına təşəkkür ediblər. Marneuli merinin öhdəliyini yerinə
yetirən Zaur Tabatadzenin sözlərinə görə bugünkü gün Gürcüstan
qəhrəmanları sonuna qədər mübarizə aparıblar və özlərini vətənə
fəda ediblər.
“Böyük qüvvələr Gürcüstan ərazisinin işğal edilməsini
arzulayırdılar. Onlar bizim qəhrəmanların mənəvi və fiziki
möhkəmliyi ilə qarşılaşdılar. İşğalın olmaması hüçün hər şeyi
etdilər. Lakin qüvvələr bərabər deyildi. Bu qəhrəmanlar öz adlarını
Gürcüstanın yaxın tarixinə qızıl hərflərlə yazdılar və bir qarış
torpağımızı belə heç kəsə güzəştə getməyəcəyimizi
göstərdilər” – deyə Zaur Tabatadze bildirdi.
br />
Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadzenin sözlərinə
görə 8 avqust müharibəsi daim bizə nümunə olan qəhrəmanları
xatırladacaq və onlar bizə vətəni necə sevməli və qorumalı
olduğumuzu göstərdilər.
“Qeyd olunmalıdır ki, bizim qəhrəmanlar qüvvələrin həm
canlıqüvvə, həm də silah baxımından qeyri-bərabər olmasına
baxmayaraq qarşı çıxdılar. Bizim qəhrəmanlar sonadək mübarizə
apardılar və ölkəmizi düşməndən qorumaq baxımından hər birimizə
nümunə oldular” – deyə Amiran Qiorqadze bildirdi.
Bugünkü tədbirdə eləcə də Kvemo Kartli qubernatorunun müavini Zaur
Darğallı da iştirak edirdi. O, qeyd etdi ki, rus tərəfi Gürcüstana
qarşı aqressiv siyasətini davam etdirir. Buna baxmayaraq ölkə
çalışır ki, sülh yolu ilə konflikti həll etsin.
“2008-ci il avqust müharibəsindən 10 il keçsə də,
Rusiya bu gün də Gürcüstanı işğal etməyə, aqressiv siyasətə davam
edir. Bunlara baxmayaraq bu gün hökumətimiz münaqişənin sülh yolu
ilə həll olunması üçün əlindən gələni edir, abxaz və osetin
qardaşlarımıza onların inkişafının və bizim inkişafımızın bütöv
dövlət olmadan mümkün olmadığını göstərir” – deyə
Zaur Darğallı bildirdi.
Marneuli yerli özünüidarəetməsi müharibədə həlak olanların
ailələrinə 500 larilik yardım verilib.