Kərimovun sözlərinə görə, İmamquliyev partiyada "yeni növ" fəaliyyətə onlarla razılaşdırılmadan qərar verib

“Avropalı Gürcüstan”ın bələdiyyə məclisi fraksiyasının dağılması haqqında məlumat bələdiyyə məclisinin 7 avqust tarixinə olan iclasında məlum olub. Azad Kərimov 2017-ci ilin yerli özünüidarəetmə seçkiləri nəticəsində bələdiyyə məclisinin üzvü olub.

Partiyadan çıxması haqqında ərizə yazıb və buna səbəb olaraq partiya lideri Əhməd İmamquliyevlə narazılığını bildirib.

Mübahisə haqqında məlumat qeyri-rəsmi olaraq daha tez məlum oldu. Ancaq rəsmi xarakter bələdiyyə iclasında İmamquliyevin Kərimovu fraksiya sədrliyindən çıxarması zamanı verildi. Məlum olur ki, bu qərarı İmamquliyev partiya üzvləri ilə razılaşmadan verib.

Kərimov bizimlə söhbəti zamanı mübahisənin yeni detallarından danışır. İmamquliyev partiyaya yeni sima gətirib və onu işlə təmin etməyə qərar verib. İşlə təmin etmə isə maaşlıdır. Kərimova partiya aktivistlərindən işlə təmin etməni təklif edilib.

“Başqa partiyalardan təkliflər almışam, amma hələlik hansısa partiya üzvlüyünə getmək fikrim yoxdu. Meriyada işimi davam etdirirəm. Həmişə əhalinin yanında olmuşam və partiyadan getmək bunda mənə mane olmur. Bununla siyasi karyeramı bitirməmişəm. Əksinə daha da aktiv olaraq davam edirəm” – deyir Kərimov.



Azad Kərimov başqa partiyaları müşahidə edir əgər partiyalarda Avropalı Gürcüstanda olduğu kimi yekdil qərar verilirsə o zaman müstəqil olaraq çalışmağa davam edəcək.

Partiyanı həmçinin Avropalı Gürcüstanın aktivisti Farik Mursaqulov da tərk edib. O, İmamquliyevin seçki qabağı proseslərinə aktiv şəkildə qoşumuşdu. Mursaquov deyir ki, “Gürcü Arzusuna heç vaxt keçməyəcək çünki ideoloji uyğunsuzluğu var.

“Gürcü Arzusu ilə əməkaşlığı planlamıram. Bu gün kim siyasətdədir hamı bilir ki, mən idarəçi partiya ilə mübarizə aparıram hansısa Gürcü Arzusunun üzvü ilə deyil. Mən partiyanın ideologiyası ilə mübarizə aparıram konkret şəxslərlə deyil. İstəmirəm cəmiyyət elə başa düşsün ki, guya Gürcü Arzusunun dəyirmanına su tökürəm, bu belə deyil” – deyir Mursaqulov.



Kərimov kimi Farik Mursaqulov da İmamquliyevin tək qərarı haqqında danışır və o, hesab edir ki, bu diktaturanın göstəricisidir.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები