"Dövlət təhlükəsizliyi maraqları, cəmiyətin, əksəriyyətin maraqları kimi terminlər demokratik dövlətlər üçün yaddır” - Qiorqi Mşvenieradze

Dövlət tərəfindən insanların şəxsi həyatı və şəxsi azadlığına müdaxilənin sərhədləri hara gedir?

Bu gün Marneuli Mülki Məşğulluq Mərkəzində müzakirə olunan məsələlərdən biri məhz bu idi.

“Gürcüstan Demokratik Təşəbbüsü”nün sədri Qiorqi Mşvenieradzenin bizimlə söhbəti zamanı bildirdiyinə görə, Gürcüstan kimi müəyyən demokratik ölkələrdə bu məsələnin müzakirəsi mühümdür.

“Cəmiyyətdə də demokratikləşmə gedir, cəmiyyət daha açıq olur və təbiidir ki, bir tərəfdən patriarxal və ənənəvi baxışlar yeni proqressiv ideyalarla təzad təşkil edir”, - Qiorqi Mşvenieradze deyir.



Mülki azadlıq elə sahədir ki, orada insanların digər şəxslərin hüquqlarını pozmamaq şərtilə vacib hesab etdikləri kimi hərəkət etmək hüququ var.

“İstənilən azadlıq üçün sərhəd digərlərinin analoji azadlığı ilə münaqişədir. Qeyri-demokratik dövlətlər üçün səciyyəvi olan ümumiləşdirilmiş şəkildə dövlət maraqları, dövlət təhlükəsizliyi maraqları, cəmiyətin, əksəriyyətin maraqları kimi qalan sərhədlər demokratik dövlətlər üçün yaddır”, - Qiorqi Mşvenieradze qeyd edir.



Qiorqi Mşvenieradze deyir ki, Gürcüstan demokratikləşmə yolunu keçir və bu sahədə Konstitusiya Məhkəməsi mühüm rol oynayır. Konstitusiya məhkəməsinin qərarları cəmiyyətdə birmənalı qarşılanmır və demək olar ki, cəmiyyət proqressiv düşüncəli və dəyişikliklərdən çəkinənlər olmaqla iki qrupa bölünüb.

“İki cür yanaşma mövcuddur. Bir halda insanlar hesab edirlər ki, hər bir insan özünə cavabdeh deyil, ilk növbədə cəmiyyətin bir hissəsidir və cəmiyyət qarşısında məsuliyyət daşıyır. Digər halda isə insanlar hesab edirlər ki, insanlar ilk növbədə azad varlıqlardır. Onların bədəni, onların düşüncəsi, onların şəxsiyyəti onlara məxsusdur və sonra isə vahid cəmiyyətin bir hissəsidirlər. Təbiidir ki, gələcək bu ikinci insanlarındır. Lakin əksəriyyətin bir nəfərin necə yaşayacağı haqda qərar verməsi keçmişin bir hissəsidir”, - Qiorqi Mşvenieradze deyir.



Marneuli Mülki Məşğulluq Mərkəzindəki görüş bu gün, 9 avqust tarixində keçirildi. Görüşün təşkilatçısı “Şəxsi İnkişaf Universiteti” idi.

“Şəxsi İnkişaf Universiteti”nin “Fəal Vətəndaşlar Məktəbi” layihəsi çərçivəsində belə görüşlər artıq bir neçə aydır ki, davam edir. Layihənin məqsədi Kvemo Kartli bölgəsində yaşayan etnik Azərbaycanlı gənclərin vətəndaş məsuliyyəti hissinin artırılması və fəallaşdırılmasıdır.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები