Temur Abazov, Azər Süleymanov, Ramin Allahverdiyev və Elxan
Quliyevə qarşı cinayət işi ilə bağlı məhkəmədən əvvəl iclas bu gün,
6 sentyabrda baş tutub.
Bugünkü məhkəmə iclasında ittiham tərəfi Marneulinin keçmiş meri
Temur Abazov və işdə iştirak edən iki nəfərin ittihamını
ağırlaşdırıb.
Temur Abazovun CM-nin 157-ci maddəsinin 1-ci və ikinci maddələrinə
əsasən ittihamı ağırlaşdırılıb. Maddə şəxsi həyatı təsvir edən
materialın əldə edilməsi, təşkil edilməsi, internet və sosial
şəbəkələrdə yayılmasını nəzərdə tutur.
Ramin Allahverdiyev və Elxan Quliyevin döymə maddəsi ilə təqdim
olunmuş ittihamı ağır şərtlərlə qrup şəklində döymə ittihamı ilə
əvəz olunub.
Abazovun vəkili Qaqi Mosiaşvilinin dediyinə görə Abazova qarşı
təqdim olunan ittihamlar sübutsuzdur və yalnız bir nəfərin
ifadəsinə əsaslanır.
"Yeganə zərərçəkən şəxsin ifadəsi ittiham tərəfi üçün
əsas və baş prinsipdir. Şahidin təsdiqlədiyi başqa sübut, birbaşa
sübut işdə yoxdur" - Qaqi Mosiaşvili.
Qaqi Mosiaşvili eləcə də dedi ki, ittiham tərəfinin əldə etdiyi
məlumatın bir hissəsi ilə bağlı yolverilməzliyi haqqında müdafiə
tərəfinin sübut edilmiş vəsatəti var. Ümid edir ki, hakim Madona
Maisuradze obyektiv qərar qəbul edəcək.
Xatırladaq ki, Temur Abazov Marneuli sakininə qarşı insanlıqdan
kənar yanaşma faktına dair 13 iyunda həbs olunub. 14 iyunda isə
məhkəmə ön tədbir olaraq ona həbs cəzası verib.