Marneuli
Birinci qrup əlil - uşaqlarıma verilən sosial yardımı qardaşımla bir evdə yaşadığıma görə dayandırıblar
45 yaşlı Yuxarı Saral kənd sakini Həmzə Quliyev birinci qrup əlildir. Onun göz damarlarında quruma baş verdiyi üçün demək olar ki, görmə qabiliyyətini itirib. Gözlərində yaranan problemə görə o, işləyə bilmir və ailəsini dolandırmaqda çətinlik çəkir. O, ailədə 6 nəfərlə – iki övladı, həyat yoldaşı, atası və anası ilə birgə iki otaqdan ibarət torpaq döşəməli evdə yaşayır. Həmzə deyir ki, ata və anasının aldığı pensiya və əlilliyə görə özünün aldığı 180 lari pensiya ilə dolanmağa çalışırlar.

Onun sözlərinə görə, 2016-cı ildə Marneuli Sosial Xidmət Agentliyinə müraciət edib və övladlarına yardım göstərilməsini istəyib. Həmzə Quliyev deyir ki, iki il boyunca ona kömək edən olmayıb. Nəhayət, 2018-ci ildən hər uşağa görə 10 lari yardım alıb. 5 ay boyunca uşaqlara verilən yardım pulunu alan Həmzə Quliyev sonradan bu yardımın dayandırıldığını öyrənib. O, bunun səbəbini öyrənmək üçün sosial agentliyə müraciət edib. Agentlikdən isə ona bildiriblər ki, yardımın verilməməsinə səbəb onun qardaşı ilə birgə bir evdə yaşamasıdır.

“Qardaşımın ailəsi mənim bir damın altında yaşamamı səbəb gətirdilər. Yəni bu da səbəb deyil. Əksinə bu mənim xeyirim üçün olan səbəb ola bilər. Burada qardaşımın ailəsi yaşayır, ayrıca. Sayğacı var, yenidən yenə yoxlana bilər və özünün ayrıca mətbəxi var, qazı da ayrıdır. Hətta qaz balonu istifadə edir. Burada heç bir səbəbi olmadan əsasnamə gətirirlər. Yəni burada mən qardaşımın ailəsini birlikdə əgər mən yazdırsaydım ki, 10 nəfərik bu sayılardı. Bu mənim səhfimdir mən yazdırmışam. Mən əvvəldən də demişəm 6 nəfər yaşayırıq. İmkansızlıqdan burada yaşayırıq bir damın altında. Əgər bu səbəbdirsə imkan yaratsınlar qardaşım ayrı yaşasın mən ayrı” – deyə Həmzə Quliyev bildirdi.



Quliyevin sözlərinə görə, onun müalicə olunduğu dərman preparatlarını almağa imkanı yoxdur və dövlətdən kömək gözləyir.

“500 larilik dərmanlardan istifadə edirəm. Dərman da Türkiyədən gəlir. Təbii ki, burada əczəxanalar da yoxdur. Buna isə mənim imkanım yoxdur. Artıq anamın 20 aylıq təqaüdündən də kreditdən də istifadə etmişəm. Özümün təqaüdümü də noyabr ayına kimi götürmüşəm. Böyük oğlum indi məktəbə getməlidir. 5-ci sinifə oxuyur. Yaxın günlərdə məktəb ləvaazimatları və paltar alınmalıdır. Bunların heç birini ala bilmirəm, imkan yoxdur” – deyə Həmzə Quliyev bildirdi.



Həmzə Quliyev onu da bildirdi ki, əgər onun sağlamlığı yerinə qayıtsa dövlətdən aldığı pulu belə geri ödəməyə hazırdır.

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
İsani-Samqori polisi Tbilisidə 1990-cı ildə anadan olmuş bir şəxsi
saxlayıb.
15:20 / 17.11.2018
İsani-Samqori polisi Tbilisidə 1990-cı ildə anadan olmuş bir şəxsi saxlayıb.
Bu gün, 16 noyabr tarixində Gürcüstan Xalq
Müdafiəçisində fəaliyyət göstərən Tolerantlıq Mərkəzi beynəlxalq
tolerantlıq gününə həsr olunmuş tədbir keçirib.
18:36 / 16.11.2018

Bu gün, 16 noyabr tarixində Gürcüstan Xalq Müdafiəçisində fəaliyyət göstərən Tolerantlıq Mərkəzi beynəlxalq tolerantlıq gününə həsr olunmuş tədbir keçirib.

16 yaşlı Marneulili yeniyetmə
stadionda məşq etdiyi zaman dünyasını dəyişib. Səbəbini isə hələ də
ekspertlə araşdırır.
16:27 / 16.11.2018

16 yaşlı Marneulili yeniyetmə stadionda məşq etdiyi zaman dünyasını dəyişib. Səbəbini isə hələ də ekspertlə araşdırır.

Bu gün, 16 noyabrda Marneuli bələdiyyə məclisinin iclası keçirildi.
İclasın gün qrafiki ilə 11 məsələ nəzərdə tutulmuşdur. Amma büronun
iclasında bir məsələni qrafikdən çıxardılar.
15:23 / 16.11.2018
Bu gün, 16 noyabrda Marneuli bələdiyyə məclisinin iclası keçirildi. İclasın gün qrafiki ilə 11 məsələ nəzərdə tutulmuşdur. Amma büronun iclasında bir məsələni qrafikdən çıxardılar.
Marneuli
bələdiyyəsinin bütün məktəblər hal-hazırda istiliklə təmin
olunub.
15:15 / 16.11.2018
Marneuli bələdiyyəsinin bütün məktəblər hal-hazırda istiliklə təmin olunub.
Marneuli Bələdiyyə Məclisinin
qərarı ilə Tseretelidə stadionda vəfat etmiş 16 yaşlı yeniyetmənin
dəfn xərclərini yerli hakimiyyət öz üzərinə götürüb.
14:30 / 16.11.2018

Marneuli Bələdiyyə Məclisinin qərarı ilə Tseretelidə stadionda vəfat etmiş 16 yaşlı yeniyetmənin dəfn xərclərini yerli hakimiyyət öz üzərinə götürüb.

Bu gün, 15 noyabr tarixində
Marneuli Mülki Məşğulluq Mərkəzində “Milli azlıqların qadın
nümayəndələrinin ictimai və siyasi həyatda iştirakı” mövzusunda
görüş keçirildi.
20:19 / 15.11.2018

Bu gün, 15 noyabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Milli azlıqların qadın nümayəndələrinin ictimai və siyasi həyatda iştirakı” mövzusunda görüş keçirildi.

20 yaşlı Jora Serbiani Marneulinin
“Qırmızı kənd” sakinidir. İlia Dövlət Universitetdə biznes
sahəsində oxuyur.
17:44 / 15.11.2018

20 yaşlı Jora Serbiani Marneulinin “Qırmızı kənd” sakinidir. İlia Dövlət Universitetdə biznes sahəsində oxuyur.

პოპულარული სიახლეები
ჩვენ ფეისბუქზე :)
პოპულარული ფიქსირებული დღეებით
ვიდეო სიახლეები