Vahid müxalifət “Güc birlikdədir”in prezidentliyə namizədi
Qriqol Vaşadze bu gün Marneuli sakinləri ilə görüşdü.
Vaşadzenin dediyinə görə, Gürcüstan bu gün böyük problemlər
qarşısındadır. Bunun üçün də mühüm dəyişikliklər həyata keçirmək
lazımdır.
"Bütün Gürcüstanda olan problemlərdir. Gənclər başqa
ölkələrə gedir. İşsizlik, hərəkətsizlik, perspektiv yoxdur.
hakimiyyət tərəfindən heç bir diqqət göstərilmir. İcra
hakimiyyətləri qalaya çevrilib, məmurlar bayıra çıxmırlar. Ən
əsası, təəssüf ki, cinayətkarlıq fəlakət həddinədək artıb. Səhərdən
kimlə görüşdüksə, bu barədə danışır. Gürcüstanı normal inkişaf
yoluna qaytarmağın vaxtıdır" - deyə bildirdi Qriqol
Vaşadze.
Bu gün Qriqol Vaşadze Marneuliyə müxalif birliyin digər
nümayəndələri ilə birlikdə gəlmişdi. Onlar da sakinlərə müraciət
etdilər və 28 oktyabr tarixində prezident seçkilərində iştirak
etməyə və düzgün seçim etməyə çağırdı. “Güc birlikdədir”in
nümayəndəsi Zaal Udumaşvili bizimlə söhbətində bildirdi ki,
Gürcüstanı inkişaf yoluna qaytaracaq dəyişikliklərin və sarsılmaz
proseslərin zamanıdır.
"Bu gün biz bütün Gürcüstanda olduğu kimi "Gürcü
Arzusu" tərəfindən aldadılmış daha bir bölgədəyik. Marneuli də
dəyişiklik istəyir. Və 28 oktyabrda bu dəyişikliklər başlayacaq.
Biz birləşmiş müxalifət və presidentliyə namizədimiz Qriqol Vaşadze
bu ölkəni dəyişəcəyik. Bu prezident seçkiləri başa çatan kimi
başlayacaq. Qriqol Vaşadze bu seçkilərdə qalib gələcək və bu bizim
ölkəni müvəffəqiyyət və irəliləyişlər yoluna qaytaracaq sarsılmaz
proseslər başlayacaq" - deyə bildirdi Zaal
Udumaşvili.
Gürcüstanda prezident seçkiləri 28 oktyabr 2018-ci ildə
keçiriləcək. Seçicilər 38 namizəd arasında seçim etməli
olacaqlar.