Saimerlo ictimai məktəbində birinci sinfə 44 şagird qəbul olundu
Bu gün 17 sentyabr tarixində Gürcüstan məktəblərində tədris prosesi başladı. Marneuli bələdiyyəsinin Saimerlo kənd ictimai məktəbinin qapılarını bu il 44 birinci sinif şagirdi ilk dəfə açdı. Hər bir uşağın gözlərində həyəcan aydın şəkildə görünürdü.

Məktəbin direktoru Nino Mtvarelidze bu gün ötən tədris ilini yekunlaşdırdı və yüksək akademik davamiyyət göstəricilərinə malik şagirdləri diplomla təltif etdi. Mtvarelidze bizimlə söhbətində bildirdi ki, yeni dərs ilinə həvəslə başlayırlar.

“Saimerlo ictimai məktəbinin şagirdlərini, bir daha yeni, 2018-2019-cu dərs ilinin başlanması münasibətilə təbrik edirəm. Bütün Gürcüstanı da təbrik edirəm. Hamıya uğurlu, məhsuldar il arzulayıram. Xüsusilə, bu il məktəbimizin qapısını ilk dəfə açan birinci sinif şagirdlərini təbrik edirəm və məktəbimizdə 12-ci sinfi də beləcə gözlərində işıltı ilə başa vurmalarını arzulayıram”
- deyə bildirdi Nino Mtvarelidze.



Saimerlo kənd ictimai məktəbində birinci sinif şagirdlərinə Təhsil Nazirliyi tərəfindən noutbuklar hədiyyə edildi. 6-cı sinfədək olan şagirdlərə isə dərs vəsaitləri verildi. Saimerlo məktəbində hal-hazırda siyahı üzrə 335 nəfər şagird qeydiyyatdadır.






Print ელ. ფოსტა
FaceBook Twitter Google