Temur Abazovun işi ilə bağlı ikinci əsas iclasda ikinci şahid,
zərəçəkən Elçin Allahverdiyevin qohumu İntiqam Abbasov ifadəsində
deyib ki, Azər Süleymanov Elçin Allahverdiyevə üç dəfə sillə vurub.
O, həmin gecə baş verənlərin xronologiyasını açıqlayıb.
Elçin Allahverdiyev axşam saat 10-11 radələrində ona zəng vurub və
“Milli Hərəkat”ın ofisinə aparmasını istəyib. Orada onları Rəhim
Əsgərov qarşılayıb. Bir az gözlədikdən sonra ofisə Gürcüstan
Parlamentinin üzvü Azər Süleymanov gəlib. O Allahverdiyevə iki saul
verib. Birinci o, Allahverdiyevin aksiyaya getməsini kimin
tapşırdığını soruşub. Zərərçəkən bildirib ki, öz istəyi ilə gedib.
Süleymanovun ikinci sualı isə Temur Abazovun həyat yoldaşına
söyməsi ilə bağlı olub. O, soruşub ki, niyə Facebook canlı yayımı
vasitəsilə söyüş söyüb. Allahverdiyev cavab verib ki, 2017-ci ildə
yeni təyin olunmuş mer onu kabinetindən qovub və o, da Abazovdan
inciyib. Bundan sonra Azər Süleymanov Elçin Allahverdiyevə biri
üzünə, biri də boyun nahiyəsinə olmaqla iki dəfə sillə vurub. Bu
vaxt binaya Elxan Quliyev daxil olub və sağ əli ilə Allahverdiyevə
iki dəfə vurub və qarın nahiyəsinə təpik vurub.
İntiqam Abbasovun dediyinə görə, bundan sonra Bələdiyyə Məclisinin
üzvləri Ramin Allahverdiyev və Ceyhun Çovdarov Elçin Allahverdiyevi
ofisdən çıxarıblar, maşına oturdublar və deyiblər ki, indi o, Temur
Abazovdan üzr istəməlidir. Maşını Ceyhun Çovdarov idarə edirdi,
digər iki nəfər isə arxa oturacaqda oturmuşdu.
Temur Abazovun növbəti məhkəmə prosesi başladı
Bu gün 9 oktyabr tarixində Rustavi Şəhər Məhkəməsində Temur Abazov
və digər müttəhimlərə qarşı davam edən cinayət işi ilə bağlı ikinci
əsas məhkəmə iclası başladı.
İttiham tərəfi bu gün iki şahidi dindirəcək. Bu dəqiqələrdə
Marneuli Rayon Məhkəməsinin xəfiyyəsi Vasil Kveladze ifadə
verir.
Xəfiyyə 11 iyul tarixində hadisələri açmışdı.
Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarla bağlı
polisə daxil olan məlumata məhz o, reaksiya göstərmişdi. Daha sonra
isə faktla bağlı akt tərtib etmişdi. Dindirilmə zamanı ittiham
tərəfinin şahidinin dediyinə görə, o, bundan əlavə heç bir istintaq
fəaliyyəti həyata keçirməyib.