Sadaxlının çay kənarındakı zibilliyi - onilliklər ərzində mövcud olan dözülməz qoxu və antisanitariya

İstifadə olunmuş iynələr, şüşə və plastik su qabları, qırılmış şüşələr,köhnə televizorlar, uşaq bezləri, ölmüş heyvan və quş qalıqlar. Sadaxlıda Bənövşə çayı sahilindəki zibilliklərə bu kimi cürbəcür zibillər atılıb.

Küçüklər üçün Sadaxlıdakı qeyri-qanuni zibillik yəqin ki, ən əyləncəli yerdir. Onadək küçük bu zibillikdə böyüyür və atılmış ayaqqabı, şüşə, televizor və uşaq bezləri ilə oynayır.

Zibillikdə küçüklərdən əlavə qazları da görmək olur. Bu qazları güman ki, satmaq üçün bazara aparacaqlar və ya sahibi özü kəsib yeyəcək. Quşlar polietilen torbalar və digər tullantılar bir tərəfə ölmüş toyuq, ördək və qazların ətini də yeyirlər.

Zibillikdə dözülməz üfunət qoxusu var. Yerli sakinlər deyirlər ki, bu mövsümdə qoxu o qədər də hiss edilmir, lakin yay mövsümündə evdən çölə çıxmaq belə mümkün olmur.

“İstilər zamanı pis qoxu olur, hər şey üfunət qoxuyur” – deyir Almaz Əzizbəyov.





59 yaşlı Almaz Əzizbəyov deyir ki, illər ərzində Sadaxlıda vəziyyət daha da pisləşir. Onlarla il bundan əvvəl yaranmış zibilliklərə tullantılar üst-üstə yığılır.

“Təxminən bir ay əvvəl zibil qutuları gətirdilər. Bir neçə yerə qoyulub, lakin bu tərəflərə qoyulmayıb. Zibillər kilometrlərlədir. Hamı ora tullayır. Çünki Zibil qabı yoxdur” – deyir Almaz Əzizbəyov.



Almaz kənddə bir neçə dəfə iribuynuzlu heyvanların öldüyünü də xatırlayır.

“Polietilen torbanı yedi, qurtardı. Pis olur, sonra isə ölür” – deyir Almaz Əzizbəyov.



Sakinlər bir neçə dəfə öz xərcləri hesabına zibilliyi təmizləməyə çalışıblar, lakin onların cəhdləri səmərəsiz qalıb.

Sadaxlıdakı vəziyyət yeganə deyil. “Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladze bizimlə söhbətində deyir ki, Marneulidə təxminən 83-86 qeyri-qanuni zibillik mövcuddur.

“Bu böyük maliyyəyə bağlıdır və işlər görülməlidir. Bu il yox, amma gələn il təmizlənməlidir” – Leri Mumladze bildirir.



Mumladze onu da deyir ki, qeyri-qanuni zibillik probleminin həllinə Ətraf Mühitin Mühafizəsi Nazirliyi də qoşulub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები