9 ailə yaşayan kənddə qəbirstanlığı hasarlayacaqlar

86 ailənin yaşadığı Marneuli bələdiyyəsinin Gülbağ və Brdazor kəndlərində qəbirstanlığın hasarlanması üçün 29,044 lari dəyərində tender elan olunub.


İşlər hər iki kənd qəbirstanlığının köhnə hasarının demontajını, hasarın dirəklərinin iki tərəfli basdırılmasını, beton təməlin qurulmasını nəzərdə tutur. Yeni borulara beton qatı tökülməsi, məftillərin qurulması, qapının qoyulması və antikorozif boyalarırla boyanması da nəzərdə tutulub.

“Marneuli” radiosu ilə söhbəti zamanı Xocorno ərazi vahidliyinin meri Seyfəddin İbadovun qeyd etdiyinə görə, Gülbağ kəndində 80 ailə Brdazorda isə yalnız 9 ailə yaşayır. Kəndləri ən çox yol problemi narahat edir ancaq onun sözlərinə görə, qəbirtsanlığın hasarlanması kənd əhalisi üçün vacibdir.

"Brdazor sakinlərinin böyük hissəsi Ermənistanda və ya Rusiyada yaşayır. Ancaq bütün dünyasını dəyişənlər Gürcüstanda öz kəndlərdinə dəfn olunur. Ona görə də qəbirstanlıq olduqca böyükdür. Sadaxlı kəndinin yanında yerləşir və çox vaxt iri buynuzlu mal qara girir və qəbirləri qırır" - deyir Seyfəddin İbadov.

Elan olunmuş tenderin qəbul edilmə təklifi 24 oktyabrdır. Bundan sonra işləri hansı hüququi təçkilatın aparacğı məlum olacaq. Müqavilə bağlandıqdan 45 gün ərzində işlər yerinə yetirilməlidir.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები