Birləşmiş müxalifət “Güc birlikdədir” hərəkatının namizədi Qriqol
Vaşadzenin Marneulidəki Rustaveli küçəsindəki banerləri və
hərəkatın Səməd Vurğun küçəsində yerləşən qərargahının qarşısındakı
böyük banerə qırmızı boya ilə “КГБ” yazısı yazılıb.
“Güc Birlikdədir” hərəkatının qərargahından "Marneuli" Radiosuna
verilən məlumata görə analoji hadisə şəhərlə yanaşı Marneulinin bir
sıra kəndlərində də qeydə alınıb. Onların sözlərinə görə,
qərargahda müşahidə kameraları yoxdur. Ancaq qərargahın
yaxınlığında yerləşən ticarət obyeklərində isə müşahidə kameraları
var. Hadisə ilə bağlı polisə müraciət ediblər və araşdırma
aparılır.
“Güc birlikdədir” hərəkatının namizədinin banerlərinə “КГБ”
yazılması faktı Marneuli ilə yanaşı ölkənin bir sıra şəhərlərində
də qeydə alınıb.
Fotonun müəllifi: Fuad Qəhramanov