Yeni ticari tənzimləmələrlə bağlı məlumatı icra nümayəndələri yaymalıdırlar

Bu gün 16 oktyabr tarixində Marneuli İctimai Kitabxanasında Marneuli bələdiyyəsi inzibati vahidinin nümayəndələri ilə görüş keçirildi. Görüşdə iştirakçılara Avropa ilə dərin və hərtərəfli azad ticarət zonası razılaşmasının bir neçə aspekti barədə məlumat verildi.

Marneuli “Demokrat Qadınlar Cəmiyyəti”nin sədri Olqa Endeladze sahibkarların riayət etməli olduğu yeni tənzimləmələr barədə söhbət açdı. Məlumatların yayılmasına isə kəndlərdə icra orqanlarının rəhbərləri də yardım edəcəklər.

"Konkret sahibkarlara məlumat çatdırmaq, o cümlədən dövlət proqramları ilə bağlı informasiya yardımı üçün kəndlərə daha çox səfər etməyi planlaşdırırıq. Çünki məlumatlar əsasən gürcü dilində olur, azərbaycandilli sakinlər məmlumat almaqda, dövlət proqramlarında iştirak etməkdə çətinlik çəkirlər. misal üçün insan məhsul istehsal etmək, istehsal etdiyi məhsulu satmağı planlaşdırırsa, biznes operator kimi qeydiyyatdan keçmək də mütləqdir" - dedi Olqa Endeladze.



Bugünkü görüşdə Gürcüstanda fitosanitariya islahatları barədə də söhbət açıldı. İştirakçılara bu mövzuda məlumatı “People in Need” təşkilatının nümayəndəsi Davit Tsomaia verdi. Onun dediyinə görə, bitki məhsullarının satılması üçün yeni tənzimləmələr yayılacaq ki, bu da məhsulun təhlükəsiz olmasını təsdiq edəcək.

"Fitosanitariya islahatlarının ilk addımları artıq atılıb. Xaricə gedəcək bütün məhsullar fitosanitariya sertifikatı almalıdırlar. Fitosanitariya sertifikatı olmadan heç bir məhsul xaricə aparıla bilməz. Tənzimləmələr daxili bazarda hələlik tətbiq olunmur. Lakin mütləq tətbiq olunacaq. Bu ölkəmiz üçün həyati əhəmiyyət daşıyır və ölkəmizin öhdəliyidir" - dedi Davit Tsomaia.



Məhsul, ting və ya toxum olmasından asılı olmayaraq bazara çıxarılacaq bütün bitki məhsullarının xüsusi sertifikatı olmalıdır ki, bu da onun sağlam olmasını təsdiqləməlidir. Xüsusi sertifikatın verilməsi isə Milli Ərzaq Agentliyinə həvalə olunub.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google