Marneulinin keçmiş merinin növbəti məhkəmə iclası qapalı şəkildə keçirildi
Marneulinin keçmiş meri Temur Abazovun işinə dair növbəti məhkəmə iclası qapalı şəkildə keçirildi. Əsas şahidin dindirilməsi indilərdə gedir və yalnız vəkillə ittiham tərəfinin qarşısında aparılır.

Proses başlayana qədər ittiham tərəfi əsas şahidə və onun ailə üzvlərinə təsir göstərilməsi səbəbi ilə vəsatət yaradıb ki, məhkəmə iclası yarı bağlı keçirilsin.

Müdafiə tərəfinin isə heç bir hüquqi əsası yoxdur və ittiham olunan şahidi rahat mühitdə dindirilməsini istəyir. Yekunda hakim ittiham tərəfinin arqumentlərini tam dinlədi və iclası bağladı.

Marneuli sakini Elçin Allahverdiyevə qarşı həyata keçirilmiş təhqiredici və adamlıqdan kənar yanaşma faktına dair saxlanılan Marneulinin keçmiş merinə məhkəmə ön tədbir olarq 14 iyunda həbs cəzası verib.

Cinayət işi Temur Abazova qarşı CM-nin 144.3 maddəsinin 2-ci hissəsinin a altbəndi və 25, 157.1 maddəsinin birinci və ikinci hissələri ilə qaldırılıb.

Mənbə: tv4.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google