404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
Qanun pozuntusu ilə anons edilmiş 16 bələdiyyə iclası
İki dəfə təxirsə salınmış bələdiyyə məclisinin iclası sabah, 19 oktyabrda baş tutacaq. İclas qaydaya əsasən 4 oktyabrda keçirilməli idi. İclas haqqında məlumatı 3 gün əvvəl yerləşdiriblər. Biz bələdiyyə məclisinin sədri Amiran Qiorqadze ilə əlaqə saxladıq və o, bələdiyyə məclisi aparatının niyə qanun çərçivəsində 7 gün əvvəl anons verə bilmədiyini konretləşdirmədi.

Jurnalist - "Bələdiyyə məclisləri baş tutmamışdan bir həftə əvvəl anaons edilməlidir və maraqlanıram ki, nəisə problemmi mövcuddur niyə bu vaxt çərçivəsində anons verilmir?"
Amiran Qiorqadze - "Problem yoxdur sadəcə hazırlaşmaq lazım gəlir".
Jurnalist - "Bir həftə ərzində vaxt olmur ki, bu haqda anonsu yayımlayasınız, bizi bu maraqlandırır yenə varmı".
Amiran Qiorqadze - "Həmişə yayımlayırıq sadəcə indi belə alınıb. Həmişə əvvəldən anons verilir".



Bir həftə əvvəl anons edilmiş bələdiyyə məclisi haqqında biz heç vaxt anons görməmişik. “Marneuli” Radiosu 8 ay ərzində neçə iclasın keçirildiyi və hansı vaxtda anons edildiyini araşdırdı. Aprel ayından bu günə qədər növbədən kənar və planlaşdırılmış 16 iclas keçirilib. Onun 4 ilası növbədənkənar keçirilib və həmin gün anons edilib.

19 oktyabr iclası saat 12-də başlayacaq. Gün qrafikinə əsasən altı məsələ müzakirə olunacaq:

  • 1. "Marneuli bələdiyyəsinin 2018-ci il büdcəsinin təsdiqlənməsi haqqında" Marneuli bələdiyyə məclisinin 2017-ci ili 29 dekabr tarixinə olan N63 sərəncamına dəyişikliyin daxil edilməsi ilə bağlı. /Məruzəçi V.Məmmədov, R.Tabatadze/
  • 2. Donara Narimanidzenin ərizəsinin müzakirəsi haqqında
  • R.Tabatadze
  • 3. “Marneuli bələdiyyə məclisi üçün yanacaq və danışıq kartlarının limitinin təyin edilməsi haqqında” Marneuli bələdiyyə məclisinin 2017-ci ilin 29 dekabra olan N120 sərəncamına dəyişikliklərin daxil edilməsi ilə bağlı.
  • Məruzəçi. R.Tabatadze
  • 4. “Bayır reklamlarının yerləşdirilməsinin tənzimlənməsi haqqında” Marneuli bələdiyyə məclisinin 2017-ci ilin 10 yanvar tarixinə olan N3 sərəncamına dəyişikliklərin daxil edilməsi ilə bağlı.
  • Məruzəçi. N.Mtvarelidze
  • 5. Marneuli bələdiyyə meriyasının iqtisadiyyat xidmətinin rəhbərinin 2018-ci ilin 04 oktyabra olan N4225-03 xatırlatma kartının müzakirəsi haqqında.
  • Məruzəçi. N.Mtvarelidze
  • 6. Marneuli Bələdiyyəsi meriyasının sahə qurulması və infrastruktur xidmətinin rəhərinin 2018-ci ilin 15 avqusta olan N3590-03 xatırlatma kartının müzakirəsi haqqında.

Məruzəçi: Q.QiorqadzeBir daha xatırladırıq ki: Marneuli bələdiyyə məclisinin reqlamentinin 134-cü maddəsinə əsasən bələdyyə məclisi, bələdiyyə məclisinin bürosu, bələdiyyə məclisinin keçiriləcəyi yer, vaxt və gün qrafiki haqqında bilməliyik. Müvafiq iclasın keçirilməsinə qədər 7 gün əvvəl məlumat verilməlidir.

Eləcə də bələdiyyə məclisinin iclaslar açıqdır və istəyi oanlar iştirak edə bilər:

“Yerli özünüidarəetmə məcəlləsinin” 87-ci maddəsinə əsasən müəyyən edilib ki, bələdiyyə məclisinin və bələdiyyə komissiyalarının icasları açıqdır. Orada əvvəlcədən icazə almadan belə şəxslər iştirak edə bilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google