İki dəfə təxirsə salınmış bələdiyyə məclisinin iclası sabah, 19
oktyabrda baş tutacaq. İclas qaydaya əsasən 4 oktyabrda keçirilməli
idi.
İclas haqqında məlumatı 3 gün əvvəl yerləşdiriblər. Biz bələdiyyə
məclisinin sədri Amiran Qiorqadze ilə əlaqə saxladıq və o,
bələdiyyə məclisi aparatının niyə qanun çərçivəsində 7 gün əvvəl
anons verə bilmədiyini konretləşdirmədi.
Jurnalist -
"Bələdiyyə məclisləri baş tutmamışdan bir
həftə əvvəl anaons edilməlidir və maraqlanıram ki, nəisə problemmi
mövcuddur niyə bu vaxt çərçivəsində anons
verilmir?"
Amiran Qiorqadze -
"Problem yoxdur sadəcə hazırlaşmaq
lazım gəlir".
Jurnalist -
"Bir həftə ərzində vaxt olmur ki, bu haqda
anonsu yayımlayasınız, bizi bu maraqlandırır yenə
varmı".
Amiran Qiorqadze -
"Həmişə yayımlayırıq sadəcə indi
belə alınıb. Həmişə əvvəldən anons verilir".
Bir həftə əvvəl anons edilmiş bələdiyyə məclisi haqqında biz heç
vaxt anons görməmişik. “Marneuli” Radiosu 8 ay ərzində neçə iclasın
keçirildiyi və hansı vaxtda anons edildiyini araşdırdı. Aprel
ayından bu günə qədər növbədən kənar və planlaşdırılmış 16 iclas
keçirilib. Onun 4 ilası növbədənkənar keçirilib və həmin gün anons
edilib.
19 oktyabr iclası saat 12-də başlayacaq. Gün qrafikinə əsasən altı
məsələ müzakirə olunacaq:
- 1. "Marneuli bələdiyyəsinin 2018-ci il büdcəsinin
təsdiqlənməsi haqqında" Marneuli bələdiyyə məclisinin 2017-ci ili
29 dekabr tarixinə olan N63 sərəncamına dəyişikliyin daxil edilməsi
ilə bağlı. /Məruzəçi V.Məmmədov, R.Tabatadze/
- 2. Donara Narimanidzenin ərizəsinin müzakirəsi
haqqında
- R.Tabatadze
- 3. “Marneuli bələdiyyə məclisi üçün yanacaq və danışıq
kartlarının limitinin təyin edilməsi haqqında” Marneuli bələdiyyə
məclisinin 2017-ci ilin 29 dekabra olan N120 sərəncamına
dəyişikliklərin daxil edilməsi ilə bağlı.
- Məruzəçi. R.Tabatadze
- 4. “Bayır reklamlarının yerləşdirilməsinin
tənzimlənməsi haqqında” Marneuli bələdiyyə məclisinin 2017-ci ilin
10 yanvar tarixinə olan N3 sərəncamına dəyişikliklərin daxil
edilməsi ilə bağlı.
- Məruzəçi. N.Mtvarelidze
- 5. Marneuli bələdiyyə meriyasının iqtisadiyyat
xidmətinin rəhbərinin 2018-ci ilin 04 oktyabra olan N4225-03
xatırlatma kartının müzakirəsi haqqında.
- Məruzəçi. N.Mtvarelidze
- 6. Marneuli Bələdiyyəsi meriyasının sahə qurulması və
infrastruktur xidmətinin rəhərinin 2018-ci ilin 15 avqusta olan
N3590-03 xatırlatma kartının müzakirəsi haqqında.
Məruzəçi: Q.QiorqadzeBir daha xatırladırıq ki: Marneuli bələdiyyə
məclisinin reqlamentinin 134-cü maddəsinə əsasən bələdyyə məclisi,
bələdiyyə məclisinin bürosu, bələdiyyə məclisinin keçiriləcəyi yer,
vaxt və gün qrafiki haqqında bilməliyik. Müvafiq iclasın
keçirilməsinə qədər 7 gün əvvəl məlumat verilməlidir.
Eləcə də bələdiyyə məclisinin iclaslar açıqdır və istəyi oanlar
iştirak edə bilər:
“Yerli özünüidarəetmə məcəlləsinin” 87-ci maddəsinə
əsasən müəyyən edilib ki, bələdiyyə məclisinin və bələdiyyə
komissiyalarının icasları açıqdır. Orada əvvəlcədən icazə almadan
belə şəxslər iştirak edə bilər.