Bələdiyyə Məclisi iclasının başlama vaxtı seçkiöncəsi təbliğata görə dəyişdi
Bu gün, 19 oktyabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclası keçirildi. İclasda müzakirə olunmaq üçün 7 məsələ çıxarılmışdı. Bələdiyyə Məclisinin üzvləri bütün məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.

Bələdiyyə Məclisinin iclası əvvəlcə 5 oktyabr tarixində keçirilməli idi. Lakin meriyada iclas zalların az olmasına görə təxirə salınmışdı. Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridzenin dediyinə görə, iclasın təxirə salınmasına səbəb meriyanın kiçik iclas zalının Qaçqınlar Nazirliyi tərəfindən istifadə olunması, böyük zalda isə təmir işlərinin aparılması olub.

Aparat Bələdiyyə Məclisinin iclasının keçiriləcəyini iki gün bundan öncə 17 oktyabr tarixində elan edilmişdi. İlk anonsda iclasın başlanma saatı 12:00 göstərilmişdi. Bələdiyyə Məclisi ötən gün 18 oktyabr tarixində vaxtı dəyişib və iclasın başlama saatı 12:00-dan 11:00-a keçirilib.

Nino Beridze bildirdi ki, iclasın başlama vaxtının dəyişdirilməsi Prezident seçkilərinin yaxınlaşması ilə əlaqədar olub. Belə ki, Bələdiyyə Məclisinin üzvləri siyasi şəxslərdir və onlar seçkiöncəsi təbliğat kampaniyalarında iştirak edə bilərlər. Bu gün isə Bələdiyyə Məclisi üzvlərinin seçicilərlə mühüm görüşlərinin keçirilməsi planlaşdırılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები