Sadaxlı və Kürtlərdə yeni yanğınsöndürən depoları yaradılacaq

Marneuli bələdiyyəsinin Sadaxlı və Kürtlər kəndində yanğınsöndürmə deposu qurulacaq.

"Marneuli" radiosuna Fövqəladə Halların İdarəsi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mixeil Peikroşvilinin verdiyi məlumata görə oxşar depoların tikilməsi Kvemo Kartlidən başqa bələdiyyələrdə də planlaşdırılır.

Bunun üçün güman ki, gələn ilə tender elan olunacaq. Depoların tam yeni infrastrukturu olacaq.

"Yeni yanğınsöndürən depoları tamamilə fərqli olacaq. Avropa standartlarına uyğun. Yeni standartlar yanğınsöndürən-xilasedicilər üçün hər bir şəraitin olması deməkdir. Ayaqyolu, mətbəxi olmalıdır, mütləq məşq meydançaları, trenajorlar olmalıdır ki, yanğınsöndürənlər gündəlik fiziki hazırlıqları üçün vaxt ayırsınlar. İnternetlə təmin olunmalıdır. Bütün bunlar yeni tipli yanğınsöndürən depoları üçün tələblər və yeniliklərdir" - dedi Mixeil Peikroşvili.



Mixeil Peikrişvilinin sözlərinə görə gələcəkdə avtoparkın yenilənməsi də planlaşdırılır. Buna əsasən sovet mənşəli maşlnlar daha olmayacaq.

Sadaxlı və Kürtlər üçün deponun qurulacağı yer artıq ayrılıb. Kürtlərdə 42.12 kv m, Sadaxlıda isə 48.64 kv m sahə ayrılıb.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google