404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.

Meria 2019-cu ilin büdcəsini 4 000 000 laridən çox artırıb

İçməli su, yollar, parkın qurulması, sahil bərkitmə işləri, mədəni obyektlərin bərpası, mini idman stadionlarının yaradılması və küçə işıqlandırılması - bu Marneuli meriyasının 2019-cu il üçün nəzərdə tutduğu prioritetlərin siyahısıdır.

İcraçı orqan (meriya) gələn ilin büdcəsində həyata keçiriləcək layihələrin müəyyənləşdirilməsini bununla başa çatdırdı, 15 noyabra qədər isə müzakirə üçün bələdiyyə məclisinə göndərməlidir.

Bizimlə söhbət zamanı maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov bildirdi ki, gələn ilin büdcəsində məbləğ 4 milyondan çox artırılıb. Büdcəyə mütləq ictimai müzakirələr lazımdır - bunu özü də qeyd edir və deyir ki, əhali ilə görüşlər artıq keçirilib və bu gün də davam edir. Deyir ki, rəsmi büdcə sənədini ictimailəşdirəcəklər və qeydlər olan halda qəbul etməyə hazırdırlar.

"Büdcə Bələdiyyə Məclisi tərəfindən ictimailəşdiriləcək. Tərəfimizdən müzakirəsi də aparılacaq və hər bir vətəndaşın qeydi və ya hər hansı bir layihə əlavə etmək istəyi olarsa, həmçinin, xərclərin artırılması-azaldılmasını istəyərlərsə, müraciət etmək hüququ olacaq" - dedi Vüqar Məmmədov.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები