20 yaşlı idmançı gürcü dilini idmana getməklə öyrənib

20 yaşlı Jora Serbiani Marneulinin “Qırmızı kənd” sakinidir. İlia Dövlət Universitetdə biznes sahəsində oxuyur.

Onun idmançı görünüşündən başa düşərsiniz ki, o, idmanla ciddi şəkildə məşğul olur.

Boks üzrə bir çox mükafat sahibi olan Jora təhsilə üstünlük verib və öz karyerasından imtina edib. Ağır qrafiki olmasına baxmayaraq həftədə bir neçə dəfə kəndə gəlir və kənd uşaqlarına məşqlər keçir.

"İlk dəfə olan vəziyyətə baxanda bu çox yaxşıdır. Ştanqlar var, idman məktəbi döşəmələr verib və özüm düzəltməliyəm. Uşaqlar üçün daha yaxşı olacaq. Mənə lazım olan zaman yox idi. İndi hər şey var istəyirəm uşaqlar üçün hər şey olsun. Su istilik və bütün şəraitlərin olması üçün yəqin bizim kəndə 5 il müddət lazımdır. İdmançıya ilk olaraq nə lazımdırsa burada var. İsitilik üçün soba qoyacam və odun yandıracağıq. Yandırmaq üçün çubuqlar toplayırıq. Bizim vaxtımızda istilik də yox idi. Pencəkdə jaketdə idman edirdik" - dedi Jora Serbiani.

Özü idmana həvəsi olan ailədə böyüyüb və uşaqlıqdan kino klubun binasında şərait olmadan məşq edirmiş. Bu gün kiçik uşaqları məşq etdirir. Soyuq, təmirsiz, çatlamış divarlar, zalın ortasında asılmış üç məşq torbası var.

İstilik üçün pəncərədən çölə çıxan boru var, soyuq dövrdə zalı soba ilə isidirlər. Deyir ki, əvvəl daha pis vəziyyət imiş, bu gün çox yaxşı şəraitləri var və Marneulinin idman məktəbinə dəfələrlə təşəkkür edir.

"Çox çətin qrafikim var. Universitetə gedirəm geri qayıtmal oluram. Bilirsiz heç nə etməsəm o zaman bu həyatda nəyə görə yaşayıram. İdmanı çox sevirəm. Düzdür indi özüm idman etmirəm amma düşünürəm ki, öyrəndiklərim az deyil. Uşaqlar öyrənməlidir, istəyirəm kənddən kənara çıxsınlar, müxtəlif şəhərlərdə yarışsınlar. Bu onlar üçün yaxşı imkandır" - dedi Jora Serbiani.

Etnik azlıqlarla danışıq dili həmişə rus dili hesab olunur. Ancaq bu gün bu təcrübə yavaş-yavaş keçmişdə qalır. Jora da gürcü dilini yaxşı bilir.

Ancaq bunun səbəbi idmandır. Erməni dilli sahədən keçmiş məşqlərdən və yarışlardan bir çox gürcü dilli dost qazanıb və dövlət dilini belə təkmilləşdirib.

"Mən məktəbdə gürcü dilini yaxşı oxumurdum. Məşqlər zamanı yarışlara gedəndə gürcü dilində çətinliklə danışırdım və məqsəd qoyaraq öyrəndim. İstəyirəm Gürcüstan tam hüquqlu vətəndaşı olum. İlk yerdə isə dildir. Mən erməni dilli məktəb bitirdim. Çox yaxşı müəllimlərim var idi. Amma yenə də daha çox ermənicə ünsiyyət qururduq. Kənara çıxdıqdan sonra gürcü dostlarımla əlaqəm çox oldu belə öyrəndim" - dedi Jora Serbiani.

Deyir ki, kənddə gənclərin qalması çətindir. Yaxşı yaşam axtarmaq üçün xaricə gedən də çoxdur. Ancaq özünü bu kateqroiyaya aid etmir və öz kəndinin gəncləri üçün yaxşı nümunədir.

Məhz öz nümunəsi ilə istəyir ki, kiçik uşaqlara idmanı sevdirsin, perspektiv göstərsin və yerində özünü göstərməyin imkanlarına öz qatqısını da daxil etsin.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google