"Etnik azlıq nümayəndəsi olan qadınların ictimai və siyasi həyatda iştirakı" - Marneulidə görüş

Bu gün, 15 noyabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Milli azlıqların qadın nümayəndələrinin ictimai və siyasi həyatda iştirakı” mövzusunda görüş keçirildi.

“Gürcüstanlı Ermənilər İttifaqı”nın rəhbəri Mariam Arakelovanın bizimlə söhbəti zamanı bildirdiyinə görə, layihənin məqsədi Kvemo Kartli bölgəsində mülki inteqrasiya problemləri və etnik/dini müxtəlifliklə bağlı ictimai maarifləndirmənin artırılmasıdır.

“Biz hesab edirik ki, bu çox mühüm məsələdir. Çünki ümumiyyətlə qadınlar ictimai-siyasi həyatda passivdirlər və xüsusilə etnik azlıqlara məxsus qadınlar daha çox passivdirlər. Beynəlxalq Tolerantlıq və Qadınlar həftəliyi yaxınlaşır. İstəyirik ki, bölgədəki subyektlər bu baxımdan güclənsin, qadınlar yerli özünüidarə və hakimiyyət orqanlarının işinə qoşulsunlar, həmçinin müəyyən əlaqə platforması yaradılsın” – Mariam Arakelova deyir.



Bugünkü görüşdə yerli özünüidarə nümayəndələri, QHT üzvləri və maraqlanan şəxslər iştirak edirdi. Görüş “Tolerantlıq, mülki maarifləndirmə və inteqrasiyaya dəstək” proqramı çərçivəsində keçirilirdi. Proqram ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Gürcüstan BMT Assosiasiyası tərəfindən həyata keçirilir.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები