Bələdiyyə Məclisinin iclasında Marneuli "Kənd Suları"na müddətsiz olaraq əmlak verildi
Bu gün, 16 noyabrda Marneuli bələdiyyə məclisinin iclası keçirildi. İclasın gün qrafiki ilə 11 məsələ nəzərdə tutulmuşdur. Amma büronun iclasında bir məsələni qrafikdən çıxardılar.
Marneuli bələdiyyə məclisi bütün məsələlərə dair müsbət qərar qəbul etdi.

Bizimlə söhbət zamanı bələdiyyə aparatının rəhbəri Nino Beridzenin dediyinə görə, iclasa çıxarılmış məsələlərin əksəriyyəti Marneuli “Sopdzğali”yə aid idi.

“Bəzi kəndlərdə, Sadaxlı, Qasımlı, Təkəlidə içməli su xəttinin bərpası-qurulması həyata keçirildi. Qeyd olunan layihələr başa çatıb. Bələdiyyə balansına götürüb və ehtiyac yarandı ki, bu xətt Marneuli “Sopdzğaliyə” verilsin” – deyir Nino Beridze.

Bələdiyyə məclisində eləcə də Marneuli bələdiyyəsi və Yol Departamenti arasında bağlanan müqavilə əsasında verilmiş maşın məsələsi də müzakirə olundu. Avtomobili daimi istifadəyə İctimai Səhiyyə Mərkəzi verib.

Bundan əlavə bələdiyyə məclisində Marneulinin büdcəsinə müəyyən dəyişikliklər daxil edildi.

“Müxtəlif qənaətlərdən artmış vəsait “Sopdzğalinin” və başqa infrastruktur layihələr arasında bölüşdürülüb” – qeyd edir Nino Beridze.

İclasda bələdiyyə məclisi qərar qəbul etdi ki, 14 noyabrda Seretelidə dünyasını dəyişən 16 yaşlı gəncin dəfn xərclərini meriya rezerv fondundan ödəyəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google