"Armazi"nin meneceri vəfat etmiş 16 yaşlı yeniyetmənin tibbi arayış təqdim edib-etmədiyini xatırlamır

16 yaşlı Marneulili yeniyetmə stadionda məşq etdiyi zaman dünyasını dəyişib. Səbəbini isə hələ də ekspertlə araşdırır.


2002-ci ildə anadan olmuş oğlan stadionda raqbi oynayırmış. O, Marneulinin raqbi klubu”Armazi”nin üzvü idi.

Marneuli raqbi klubu “Armazi”nin meneceri Zurab Pinaşvilinin sözlərinə görə, klub yeni üzvlər qəbul edən zaman onlardan tibbi arayış istəyir.

“Orada müxtəlif nüanslar var. Əgər uşaq artıq rəsmi olaraq çempionatda oynayırsa klubun özü sonra tibbi yoxlayış aparır və festival yaşındadırsa orada məşqçi tələb edir və istəyi olanlar gətirir. Bəziləri gətirmir” - deyir Zurab Pinaşvili.

Pinaşvilinin sözlərinə görə, festival yaşındakı uşaqların məşqi yüklü deyil. Buna görə də onlar üçün tibbi arayış aparmaq lazım deyil.

Armazinin meneceri 16 yaşlı dünyasını dəyişən oğlanın sağlamlıq kağızı aparıb aparmamasını xatırlamır. Ancaq deyir ki, bu halda uşağın tibbi arayış gətirib gətirməməsinin böyük əhəmiyyəti yoxdur.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google