Əsədovun saxlanılmasından 12 gün keçməsinə baxmayaraq, deputatların bununla bağlı məlumatı yoxdur
Parlamentin Marneulidən seçilmiş üzvləri Ruslan Hacıyev və Tamaz Naverianinin Şeyx Mirtağı Əsədovun saxlanılması barədə məlumatları yoxdur.
Baxmayaraq ki, Şeyx 7 noyabr tarixində saxlanılıb, Marneulili deputatların Əsədovun Azərbaycan həbsxanasında olduğu 12 gün ərzində heç bir məlumatları yoxdur.

Ruslan Hacıyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu barədə yalnız mətbuat vasitələrindən müəyyən məlumatlar alıb və hələ Azərbaycan tərəfindən rəsmi bəyanat gözləyir.

“Fikrimcə Azərbaycan tərəfindən rəsmi açıqlama olmalıdır, düşünürəm ki, olmalıdır”, - Ruslan Hacıyev deyib.

Azərbaycanın 17 noyabr tarixində rəsmi versiyanı yayımlamalarına baxmayaraq, deputat yenə də səfirlikdən cavab gözləyir.

Hacıyev kimi Tamaz Naveriani də Şeyx Mirtağı Əsədovun nə üçün saxlanıldığı bilmədiyini, lakin saxlanıldığı barədə məlumatı olduğunu deyir.

“Mən vəziyyəti dəqiq aydınlaşdıracağam. Necə saxlanılıb, nə üçün saxlanılıb və sonra bu barədə şərh verəcəm,” – Tamaz Naveriani deyir.

Marneulili deputatlar Şeyxin saxlanılması ilə bağlı məlumatı gözləyərkən qeyri-hökumət təşkilatları, xalq müdafiəçisi və dini təşkilatlar Əsədovun ailəsi ilə görüşüblər.

Görüş ötən gün, 18 noyabr tarixində keçirilib, İnsan Hüquqları Araşdırma və Monitorinq Mərkəzinin bərabərllik siyasəti proqramının direktoru Tamta Mikeladze “Marneuli” radiosu ilə söhbəti zamanı Mirtağı Əsədovun səhhətinin yaxşı olmadığını deyib və bildirib ki, “Gürcüstan hakimiyyəti Mirtağı Əsədovun cəzaçəkmə müəssisəsində qeyri-insani rəftardan və ləyaqətinin alçaldılmasından qorumaq üçün bütün imkanlardan istifadə etməlidir”.

Xatırladırıq ki, İHHŞ “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi”nin sədri Şeyx Mirtağı Əsədov 7 noyabr tarixində Azərbaycan respublikasının sərhəd-keçid məntəqəsində saxlanılıb və Azərbaycan respublikasında 30 gün azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmə protokoluna əsasən Əsədov 8 noyabr tarixində Bakı küçələrindən birində telefonla ucadan danışarkən ictimai asayiş qaydalarını pozub. Daha sonra isə mülki geyimdə olan polislərin göstərişlərinə tabe olmayıb, buna görə də polis idarəsinə aparılıb. Şeyx özü isə deyir ki, psixoloji təzyiq nəticəsində etiraf ifadəsi vermək məcburiyyətində qalıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google