"Şirniyyat süfrəsi" ilə keçirilən kampaniya zamanı seçkilərin maliyyələşdirilməsi qaydaları pozula bilər

“Gürcü Arzusu” və Salome Zurabişvilinin qərargahının nümayəndələri Marneulidə qadın seçicilərlə yenə “şirniyyat süfrəsi” arxasında görüşlərə davam edirlər.


Görüş 16 noyabr tarixində Marneuli şəhərində “Qızıl tac” restoranında keçirilib.

“Gürcü Arzusu”nun Marneuli qərargahının üzvü Nərgiz Əliyeva bizimlə söhbəti zamanı deyir ki, görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlar iştirak edirdilər.

"Bəli, bu seçkiöncəsi təbliğat sayılır, lakin tam olaraq yox. Biz qadınlarla görüşürük ki, onların problemlərini, ölkənin qadınlarla və milli azlıqlarla bağlı siyasətini daha da yaxşılaşdırmaq istiqamətində ideyalarını dinləyək", - Nərgiz Əliyeva deyir.

Nərgiz Əliyeva görüşün seçkiöncəsi təbliğat məqsədilə keçirildiyini təkzib etmir. Lakin o, özü seçkiöncəsi təbliğat aparmadığını deyir.

Kürtlərdə qadınlarla görüşdə olduğu kimi, “Qızıl tac”da da çay, konfet və şirniyyatlar var idi. Onda Əliyeva “şirniyyat süfrəsini” ev sahibəsinin açdığını bildirmişdi, indi isə bildirir ki, Marneulinin ən görkəmli şadlıq evində keçirilmiş görüşü adının açıqlanmasını istəməyən bir biznesmen maliyyələşdirib.

“Çox da böyük maddi yardım deyil. Sadəcə bütün bunları öz xərcimizlə edə bilmədik, kimlərdənsə xahiş etdik və onlar təşkil etdilər. Orada maksimum çay, limon, şəkər və konfet var idi” - Nərgiz Əliyeva deyir.

Görüşdə Marneulili qadınlar və təşkilatçılarla birgə Marneulinin majoritar deputatı Ruslan Hacıyev də iştirak edirdi. Hacıyev bizimlə söhbəti zamanı bildirdi ki, onu görüşə qadınlarla söhbət etmək üçün dəvət ediblər. Deputat üçün görüş çox xoş və səmərəli olub.

“Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”nın vəkili Rati Tinikaşvilinin dediyinə görə, qeyd olunan görüşlərin məqsədi hansısa bir namizədin xeyrinə seçkiöncəsi təbliğatdırsa və bunu siyasi partiya edirsə, bu qeyri-qanuni ianə də sayıla bilər.

“Partiyanın hər-hansı subyekt lehinə ianə etməsi qadağandır. İanə isə hər hansı seçki subyekti üçün tədbirin keçirilməsi də hesab olunur və müvafiq olaraq, bu halda siyasi partiyanın seçkilərin maliyyələşdirilməsi qaydalarını pozması da ola bilər” – Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının vəkili bildirdi.

 


Mövzu ilə bağlı digər xəbərlər:

İkinci tur öncəsi qadın seçicilərlə "şirin süfrə" ilə başlamış görüşlər

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები