Marneuli mədəniyyət evi teatr formalaşdırmağı planlaşdırır
Cümə günü iş həftəsinin sonuncu günüdür. Biz isə Marneuli Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvilini tuta bilmirik. Nəhayət ki, o, işini həll etdi və bizim üçün bir neçə söz deməyə vaxt tapdı. O, həmin müəssisəyə 3 ildir ki, rəhərlik edir.

“Bizim bütün işimiz mədəniyyət sahəsinin Marneuli bələdiyyəsində inkişafına sərf olunur. Gənclərə daha çox maraqlı tamaşalar təklif etməyə çalışırıq” – deyir Nato Şavişvili.

Gələcəkdə nə planlaşdırırsınız sualına Nato teatr baxımından inkişafı qeyd etdi.

“2019-cu ildə planlaşdırdığımız ən böyük layihəmiz teatrın inkişafıdır və teatrın formalaşdırılmasını və sizə, bizim tamaşaçılara daha çox tamaşa təqdim etməyi düşünürük” – deyir Mədəniyyət Mərkəzinin rəhbəri.

Mədəniyyət evinin əməkdaşı və aktyor Zura Xaptani deyir ki, Marneulidə indiyə qədər heç vaxt teatr truppası nə də ki, teatr olmayıb. Böyük ümid bəsləyir ki, bu gələn ildən həyata keçiriləcək. Aktyor müsbət rəylər qazanan “Airdzinaği” (qaz maskası) tamaşasından danışdı:

“Tamaşa erkən evliliyə aiddir. Bu tamaşa gənclər üçün çox yaxşıdır. Çünki region üçün çox vacib mövzuya aiddir. Biz istəyirik ki, daha çox tamaşaçılara, çoxlu gənclərə, sizin həmyaşıdlarınıza, balacalara, böyüklərə bizi və başqa regionları narahat edən tərəfləri göstərək. Bu erkən evlilik və qadına zorakılıqdır” - deyir aktyor.

Mədəniyyət evinin daha bir aktyoru Keti Abaşidze həmçinin, teatr hqqında və onun formalaşmasından danışdı.

“Teatrın maliyyəsi də olacaq. Bundan dolayı bizim imkanımız olacaq ki, ştata aktyor götürək və artıq mədəniyyət evində olan teatral truppa yaranacaq”. Ketinin sözlərinə görə bu il güman ki, “Airdzinaği”nin və yəqin ki, “Medea”nın da təkrar nümayişi gözlənilir.

“Airdzinaği” tamaşasının premyerası böyük anşlaqla və tənqidçilərin bəyənməsi ilə oktyabrda baş tutdu.

Təkrar nümayiş isə bu gün, saat 19:00-da, Mədəniyyət Evinin zalında baş tutacaq.

Müəllif: Marneuli N6 ictimai məktəbin VIII sinif şagirdi Lizi Xaraişvili.
Print ელ. ფოსტა
FaceBook Twitter Google