2018-ci ilin sonuna qədər Marneulidə "Ağıllı kameralar" qüvvəyə minə bilər
“Ağıllı kameralar” Marneulidə ola bilsin 2018-ci ilin sonuna qədər qüvvəyə mindi. Bu haqda bizimlə söhbət zamanı Marneulini maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov bildirib.

“Ağıllı kmeralar” sistemi Marneulidə qayda olaraq 2018-ci ilin aprelində çalışmalı idi. Vüqar Məmmədovun dediyinə görə bələdiyyə artıq 200-dən artıq kamera alıb, indi isə kameraları göstərəcək yol işarələrinin alınmasını planlaşdırırlar.

Məmmədovun sözlərinə görə, kameraların montajı yol işrələrinin alınmasına görə gecikib.

Əlaqəsiz patrullaşdırmanın elektron sistemi yol hərəkəti zamanı pozunt törədənləri cərimləyəcək. Əsasən video kamera beş növ pozuntunu aşkar edir. Bunlar:
  • Qırmızı işıqda keçmək;
  • İkiqat xətti kəsmək;
  • Bələdiyyə nəqliyyatının xəttində hərəkət etmək;
  • Hərəkətə qarşı istiqamətdə hərəkət etmək və yolverilmiş normanı aşmaq və orta sürəti pozmaq.
Yol hərəkət qaydalarını pozanlar telefona cərimə haqqında qısa mətnli mesaj alacaqlar. Ödəmədikləri halda iə cərimə 2 dəfə qeydiyyat ünvanına göndəriləcək. Nəticədə isə artıq cəza əlavə olunacaq. Video kameralar bal sisteminə təsir etmir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google