404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
Bələdiyyə büdcənin ictimai müzakirəsini planlaşdırır, lakin nə zaman baş tutacağını dəqiq bildirmir

Marneuli bələdiyyəsinin 2019-cu ilin büdcə layihəsi ictimai müzakirə üçün hazırdır – bu məzmunda bəyanatı bələdiyyə məclisinin rəsmi veb səhifəsindən oxuyuruq.

İctimai müzakirə olaraq bu halda virtual kommunikasiya düşünülür. Qeydlər olan halda yerli özünüidarəetməyə məktub yazmaq və güman ki, 10 gün gözləməli olacaqsınız.

Güman ki, heç kimin iştirak etməyəcəyi oxşar müzakirələr yetərlidirmi sualına cavab olaraq Amiran Qiorqadze deyir ki, mülki sektorla görüş planlaşdırırlar və aydındır ki, əhali ilə də görüş olacaq. Ancaq konkret tarix demirlər və müəyyən olmayan gələcəkdən danışırlar.

“Əhali ilə görüş keçiriləcək və buraya da dəvət olunacaqlar. Konret tarix hələ məlum deyil amma başlayacağıq”
- dedi Amiran Qiorqadze.

Büdcənin müzakirəsi zamanı kommunikasiya vacib və daha çox səmərlidir. Bunu Marneuli Demokrat Qadınlar Təşkilatının sədri Olqa Endeladze də təsdiq edir və deyir ki, rekomendasiya məktubu yazmağı planlaşdırırlar ki, dövlət məmurları birbaşa əhali ilə görüşsünlər.

“Mütləq müzakirələrdə əhali dəyerli məmurlar da iştirak etməlidir. Bəlkə hansısa maddəni və ya büdcə haqqında məlumatı başa düşmürlər. Canlı ünsiyyət vacibdir” – dedi Olqa Endeladze.

Marneulinin QHT sektorunin daha aktiv üzvlərindən biri Səbinə Talıbova bələdiyyənin büdcəyə daxil olunacaq dəyişikliklərə məktubla qeyd qəbul edəcəkləri təşəbbüsünü effektisz adlandırır. Hesab edir ki, əhalinin müəyyən hissəsinin internetdən istifadə etmək üçün texniki bacarığı yoxdur və heç təcrübədə də oxşar ünsiyyət qurmayıblar.

“Həqiqətdə meriyanın kəndlərdə, ərazi vahidlərində nümayəndələri var və qaydaya əsasən onlar əhaliyə və əhalidən də meriyaya məlumat çatdırmalıdırlar. Təəssüf ki, bu öhdəliyi yerinə yetirmirlər, ona gör də məlumat əhaliyə və meriyaya çatmır” – dedi Səbinə Talıbova.

“Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın hüquqşünası Arçil Todua bizimlə söhbət zamanı deyir ki, maraqlanan vətəndaşlara yalnız yazılı rekomendasiyalar verməli deyil həm də şifahi rekomendasiya verməlidirlər. Yəni müzakirə proseinə qoşulmalıdırlar.

“Bu müzakirənin əsası odur ki, əhali də ona qoşulsun. Vətəndaşlar mütləq iştirak etməlidirlər. Ən vacib sənəd, yerli büdcə haqqında yazılı və şifahi şəkildə rekomendasiya verə bilərlər. Qanunvericilik imkan verir ki, vətəndaş yerində rekomendasiya versin. Bələdiyyə məclisinin bu hüququ məhdudlaşdırmağa ixtiyarı yoxdur” – dedi Arçil Todua.

Doğrudur bələdiyyə məclisi ictimai görüşlər imkanını istisna etmir, ancaq nə zaman olacağı hələ də məlum deyil 2019-cu ilin büdcə layihəsində Marneuli meriyası həyata keçiriləcək layihələrdə içməli su, yollar, parkın qurulması, sahil bəndlərinin işləri, mədəni obyektlərin bərpası, idman üçün mini stadionların qurulması və bayır işıqlandırmasını qeyd edib.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google