Marneulidəki qeyri-qanuni zibilliklərdən biri də Kürtlər kəndindədir

Marneuli ərazisində zibil qutularının çatışmamazlığı qeyri-qanuni zibil təpələrinin yaranmasına səbəb olur.

Bu cür hallar Kürtlər kəndindədə mövcuddur.

Yerli hakimiyyət tərəfindən həmin ərazilərdən bir neçə dəfə ağır texnika ilə zibil təpələri təmizlənsə də zibil qutusunun olmadığından yenə də həmin ərazilərdə qeyri-qanuni zibilllik yaranıb. Əhali yenə də öz məişət tullantılarını həmin əraziyə atmaqda davam edir.

Bu isə qeyri-qanuni zibil təpələrinin yaranmasına səbəb olur. Bu cür halların yaranmasında kim günahkardır - yerli əhali yoxsa yerli hakimiyyət. Zibil tullantıları Marneuli bələdiyyəsinin bir çox ərazilərində mövcuddur. Bu cür hadisələrə rast gəlirsən.

"Təmiz Marneuli" MMC tərəfindən zibil qutuları Marneuli və kəndlərə əsas yolun kənarlarına yerləşdirsə də, kəndlərin daxili küçələrinə zibil qutuları qoyulmayıb. Buna görə də əhali məişət tullantılarını hara gəldi atır. Buna görə də bu cür zibil təpələri yaranır.

Zibil tullantıları əsasən çay kənarına, əkin sahəsinə yaxın ərazilərə və suvarma kanalının ətraf ərazilərinə atılır. Bu isə həm ekoloji və həmdə inasanların sağlamlığı üçün təhlükə yaradır.

Zibil təpələrində olan zərərli maddələr suvarma kanallarına qarışaraq əkin sahələrinə axır və bitkilərə zərər vurur. Həmçinin həmin zibil təpələrində kənd sakinlərinin mal-qarası qidalanaraq ya xəstələnirlər yada ki, ölürlər.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google