Marneuli Dairə Seçki Komissiyasından 49 saylı seçki məntəqəsinin bağlanmasına əsas olmadığını bildirirlər
Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri Koba Asanidzenin dediyinə görə, 49 saylı məntəqədə komissiya üzvləri bir şəxsin iki dəfə səs verməsi halını təkzib edirlər. Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri Koba Asanidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, qanun pozuntusu baş verməyib və məntəqənin bağlanmasına heç bir əsas yoxdur.



Gənc Hüquqşünaslar Assosiasiyası 49 saylı seçki məntəqəsinin bağlanmasını və səslərin etibarsız sayılmasını tələb edir

Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası Qızılhacılıda yerləşən 49 saylı seçki məntəqəsinin bağlanmasını və səslərin etibarsız sayılmasını tələb edir. Bu barədə təşkilatın rəhbəri keçirdiyi fövqəladə brifinqdə məlumat verib.

Sulxan Saladzenin bildirdiyinə görə, təşkilatın müşahidəçiləri həmin məntəqədə bir sıra saxtalaşdırma faktları, o cümlədən ikinci dəfə səs verməyə cəhd faktları qeydə alınıb.

Bir halda 48 saylı seçki məntəqəsində qeydiyyatda olan Sənan Bədəlov adlı seçicinin 49 saylı seçki məntəqəsində bir dəfə səs verib və ikinci dəfə səs verməyə cəhd edib. Digər bir halda isə Ramin Ziyadəliyev adlı seçici həmin məntəqədə ikinci dəfə səs verməyə cəhd edib. Həmin seçici barədə məlumatları Mərkəzi Seçki Komissiyasının axtardıqda aydın olub ki, ümumiyyətlə seçicilərin ümumi siyahısında bu adda seçici yoxdur. Belə seçici seçkilərin birinci turu zamanı da siyahıda olmayıb.

Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri Koba Asanidzenin dediyinə görə, 49 saylı məntəqədə komissiya üzvləri bir şəxsin iki dəfə səs verməsi halını təkzib edirlər. Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri Koba Asanidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, qanun pozuntusu baş verməyib və məntəqənin bağlanmasına heç bir əsas yoxdur.

"Marneuli" radiosu

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები