Salome Zurabişvili Marneulidə 57.58% səs toplayıb
Marneulidə yerləşən 90 seçki məntəqəsinin nəticələrinə əsasən Marneulidə Salome Zurabişvili qalib gəlib. O, 57.58% səs toplayıb ki, bu da 29 211 seçici deməkdir.

Qriqol Vaşadzeyə isə 21 519 seçici etimad göstərib. O, 42.42% səs toplayıb.

Qeyd edək ki, Marneulidə ümumilikdə 90 seçki məntəqəsi açılmışdı.

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrə görə, Qriqol Vaşadze 42.63%, Salome Zurabişvili isə 57.37% səs toplayıb.

Qeyd olunan nəticələr məntəqələrin 31.88%-nin sayılmasından sonra aydın olub. 3705 seçki məntəqəsindən bu vaxtadək 1179-u sayılıb.

"Marneuli" radiosu

Print ელ. ფოსტა
FaceBook Twitter Google