Azərbaycanda həbs olunan Mirtağı Əsədov Gürcüstana qayıdıb (Video)
“Ümum Gürücstan Müsəlmanlarının Ali Dini İdarəsinin” sədri Şeyx Mirtağı Əsədov 29 noyabrda seçkilərin ikinci günü Azərbaycan məhkəməsi tərəfindən azad edilib. 2 dekabrda isə o, Gürcüstana qayıdıb.
O, Tbilisinin Şota Rustaveli adına Aeroportunda qayıdarkən jurnalistlərlə mətbuat konfransı keçirəcəyinə dair anons verib. Konfransda onun saxlanmasının motivləri haqqında öz fikirlərini qeyd etmək istəyir.

Onun sözlərinə görə, yaxın günlərdə jurnalistlər və QHT sektoru üçün geniş mətbuat konfransı təşkil edəcək.

Aeroportda jurnalistlərlə söhbət zamanı o, bir daha qeyd edib ki, polis onu Azərbaycan keçid məntəqəsində, 7 noyabrda saxlayıb və Azərbaycan məhkəməsinin protokolunda yazıldığına kimi 8 noyabrda deyil.

Hüquq mühafizəçilərinin sualları onun fəaliyyəti ilə bağlı olub. Ona fiziki təsir göstərilməyib. Əsədov psixoloji təsirdən söhbət açıb.

Şeyx Mirtağı Əsədov Gürcüstanda seçkiqabağı dövrlə həbsini əlaqələndirirmi, bu suala cavab verməkdən çəkinib və dediyinə görə, yaxın gələcəkdə anons etdiyi mətbuat konfransında danışacaq.

Əsədovun sözlərinə görə, iki seçimi var imiş. Biri qeyd etdikləri kimi xuliqanlıq və tabe olmamaq. İkinci seçim isə illər ərzində həbsxanada qalmağı nəzərdə tuturdu.

Ona Gürcüstan Daxili İşlər Nazirliyinin və Xarici İşlər Nazirliyinin onun həbsini reaksiyadan kənar qoyması müəyyən deyil.

Print ელ. ფოსტა
FaceBook Twitter Google