Kirovkanın qəza vəziyyətində olan məktəbinə gedən palçıqlı yol (FOTO)
Kirovka kəndinin ictimai məktəbi qəzalı vəziyyətdədir. Kənd sakinləri övladlarına görə narahatdırlar. İstəmirlər ki, övladları pis şəraitdə təhsil alsınlar.

Məktəbin demək olar ki, həyəti yoxdur. Məktəbin yanından keçən yollar isə asfaltsızdır və yağışlar zamanı uşaqlar palçıqlı və gölməçələrlə dolu yolla hərəkət etməli olurlar.

Şagirdlərin valideynləri deyirlər ki, məktəbin təmiri ilə bağlı bir neçə dəfə vəd verilsə də, bu vaxta qədər heç bir iş görülməyib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google