Gender zorakılığına qarşı 16 günlük kampaniya çərçivəsində Marneulidə görüş keçirilib

Bu gün, 4 dekabrda Marneuli Mülki Məşğulluq Mərkəzində gender zorakılğına qarşı 16 günlük kampaniya çərçivəsində ailədə zorakılıq qurbanlarının böhran mərkəzi və sığınacaqları haqqında görüş keçirildi.


Marneulidə zorakılıq qurbanları üçün böhran mərkəzinin açılması yaxın gələcəkdə planlaşdırılır. Mərkəz ailədə zorakılıq qurbanlarına və qadına qarşı zorakılıq qurbanlarına xidmət göstərəcək. Mərkəzin sosial əməkdaşı, hüquqşünası və psixoloqu olacaq.

Xidmət pulsuz olacaq. Görüşdə eləcə də DİN-in ailədə zorakılıq və erkən yaşda evlənmə prevensiyası ilə bağlı rolu müzakirə olunub. Mülki Məşğulluq Mərkəzinin Marneuli ofisinin nümayəndəsi Mariam Samxaradze bizimlə söhbət zamanı qeyd etdi ki, oxşar görüşlərin Marneulidə keçirilməsi vacibdir çünki əhalidə məlumat artır.

Məlumat xarakterli görüş sual cavab rejimində gedirdi və orada yerli özünüidarə nümayəndələri, QHT və Xalq Müdafiəçisinin ofis nümayəndələri, digər maraqlanan şəxslər iştirak edirdilər.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google