433 qram qızılı oğurlanan şəxs deyir ki, ona qarşı fiziki zorakılıq ediblər
Marneuli bələdiyyəsinin Daştəpə kənd sakini xəstəxanada zorakılıq faktının qeydə alınmasına cəhd göstərirmiş. Onun sözlərinə görə rəhbərlik qeydiyyat tarixçəsini açmırmış. Məsələ Daştəpə kəndində oğurlanan 443 qram qızıl faktından gedir.

Qızılın sahibi Eldəniz Sadıqov bir neçə gün əvvəl facebookda canlı yayım vasitəsilə qeyd edib ki, qızıl evdən müəyyən olmayan vaxtda aparılıb. Polisə isə 25 oktyabrda müraciət edib. Noyabrda isə yazılmış videoda qeyd edib ki, soyğunçular uzaq adam deyil və güman ki, qohumlarından və ya qonşulardan şübhələnir.

Dünən 4 dekabrda, onun yanına qohumu gedib və vəziyyəti aydınlaşdırmağa çalışıb. Bu gün, 5 dekabrda səhər saatlarında qeyd olunan şəxs Eldəniz Sadıqovu öz maşının qoyub və qəbirstanlığa aparıb. Sadıqovun dediyinə görə, ona fiziki zorakılıq göstəriblər.

“Məni vurdu, sonra boğazımdan boğurdu, boğaz nahiyəmə bıçaq dirədi” – deyir Sadıqov.

Sadıqovun boğaz nahiyəsində yalnız qızartı görsənir. Hadisə haqqında polisə də müraciət edib. Zərəri qeydə almaq və müayinə etmək üçün Geo-Hospitals klinikasına müraciət edib. Orada iki saat ərzində özünün dediyinə görə, heç kim ona diqqət göstərməyib və media vasitələrinin getməsindən sonra reaksiya göstəriblər.

Bizimlə söhbət zamanı həkimin dediyinə görə, tarixçə açmaq üçün bəzi prosedurlar lazımdır və izah edir ki, Sadıqovun sağlamlığında təhlükə yoxdur.

Güman edilən zorakı şəxs Mirəli Həsənov Marneuli radiosu ilə telefon söhbətində qeyd edir ki, qəbirstanlıqda mübahisə ediblər və bundan sonra o, özü onunla birgə polisə gedib.

Marneuli radiosuna DİN-dən verilən məlumata görə, fakla bağlı istintaq 126-cı maddəyə, zorakılıq maddəsinə əsasən gedir.

Videoya buradan baxa bilərsiniz:

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები