Geo Hospital klinikasında insident baş verib
Bu gün, 5 dekabr tarixində Marneuli Geo Hospital xəstəxanasında Marneuli sakini Ziyarət Məhərrəmov həkimlərlə mübahisə edib. O, bildirir ki, onun vərəm xəstəliyinə tutulmuş qardaşı bir neçə gündür Marneuli xəstəxanasında yatır. Onun sağlamlıq durumu haqqında heç nə bilmir və başqa xəstəxanaya keçirməyə icazə vermirlər.

“Mənim qardaşım aparata qoşuludur, heç nə demirlər ki, nəyi var. Nə də sənədləri vermirlər ki, qardaşımı Tbilisiyə aparım. Bəs həkim nə üçündür, heç nə demir. Dərmanlarını normal qaydada vermirlər” - deyir Ziyarət Məhərrəmov.

Həkimin sözlərinə görə, xəstə bir neçə gün əvvəl nəfəs çatışmazlığı diaqnozu ilə klinikaya aparılıb. Onun sağlamlıq durumu yavaş-yavaş stabilləşir.

“Biz vərəm dispanserinə zəng vurduq, oradan dedilər ki, xəstəni qəbul edə bilməyəcəklər, çünki o, iki ay vərəm və ağ ciyər xəstəlikləri üzrə milli mərkəzdə qalıb və yaxşılaşmış vəziyyətdə çıxarılıb” – deyir həkim.

Həkim həmçinin, deyir ki, Ziyarət Məhərrəmovun qardaşı onların klinikasında dəfələrlə yatıb və tibbi müəssisəni hər çür müayinədən keçərək tərk edirmiş.

Videoya buradan baxa bilərsiniz:


Print ელ. ფოსტა
FaceBook Twitter Google