Yerli özünüidarə Marneuli idmançılarına pul mükafatı verəcək
Marneulili, qol güləşi üzrə çempion olan idmançıya pul mükafatı verəcəklər. Bu haqda məlumatı bu gün, 6 dekabrda bələdiyyə iclasında veriblər.

“Sereteli kəndində yaşayan Tamaz Bocoidze Cənubi Osetiya administrasiyası tərəfindən təşkil olunmuş “Sülh kuboku” qol güləşi üzrə yarışda çempion olub. Ona həvəsləndirmə məqsəsi ilə pul mükafatı vermək olardı” – deyib bələdiyyə üzvü Besik Quceciani.

Bələdiyyə məclisi qərar qəbul edib ki, Marneulili idmançıya pul mükafatı versinlər. Güman edilən məbləğ 700 lari olaraq müzakirə olunur. Qərarı Marneuli meriyası qəbul edəcək.

Bugünkü iclasda büdcəyə daxil ediləcəl dəyişikliklər və eləcə də Saimerlo və Araflı kəndində yaşayan iki nəfər tibbi yardım məsələsi müzakirə olunub.

Bələdiyyə məclisinin iclasında qərar qəbul olunub ki, Marneuli bələdiyyəsinin Kirovka kəndində həyata keçirilən içməli su boru xəttələrinin tikintisi Marneuli “Sopdzğalinin” daimi istifadəsinə verilsin.

Bələdiyyə məclisinin iclasında deputatlar cəmi 5 məsələni müzakirə ediblər. Bütün məsələlərə dair müsbət qərar qəbul ediblər.

Qeyd etmək lazımdır ki, bələdiyyə məclisinin bütün üzvləri gender zorakılığına qarşı 16 günlük kampaniya çərçivəsində simvolik olaraq həmrəylik elan ediblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google