Marneuli uşaq bağçalarında ətraf mühitin mühafizəsi tədris ediləcək
Marneuli bələdiyyəsindəki uşaq bağçalarında
ətraf mühitin mühafizəsi tədris ediləcək. Artıq uşaq bağçalarının
tərbiyəçi-metodistlərinə müvafiq təlimlər keçirilib. Onlar artıq
uşaqlarla işləməyə hazırdırlar. Marneuli Uşaq Bağçaları Birliyinin
rəhbəri Zaur Kərəmov deyir ki, uşaqlar ətraf mühitin mühafizəsini
uşaq bağçasında olduqları vaxtdan başlamalıdırlar. O, qeyd edir ki,
Marneuli bağçalarında fənnin tədrisinə yaxın günlərdə
başlanılacaq.
“Bu gün və sabah bizim bizim metodistlərimiz təlimdə
iştirak edirlər. Birigün işdə olacaqlar. Fikrimcə bundan sonra
tədris başlayacaq”, – Zaur Kərəmov deyir.
Ətraf Mühitin Mühafizəsi və Tədris Mərkəzinin baş mütəxəssisi
Mariam Arçvadze deyir ki, Marneuli bələdiyyəsində uşaq bağçalarının
tərbiyəçi-metodistlərinin dərsliklə işləməyə başlamaq üçün hər cür
resursları var. Lakin onu da qeyd edir ki, hələ vəsaiti
hazırlamayanlar uşaqlarla işləməyə nə vaxt başlayacaqlarına fərdi
olaraq qərar verəcəklər.
“Əgər bağçada metodist yoxdursa, bu halda təlimlərə tərbiyəçi
gəlir. Biz ətraf mühitin mühafizəsi mövzusunda əlavə olaraq
məlumatlar veririk ki, onlar da bu dərsliyə daxil edilib. Daha
sonra isə uşaqların dərslik vasitəsilə tədris olunmasının müxtəlif
məsələlərə toxunuruq. Bu 5-6 yaşlı uşaqlar üçündür, lakin
təcrübələr göstərir ki, bəzi tədbirlər 3-4 yaşlı uşaqlar üçün də
keçirilə bilər” – Mariam Arçvadze deyir.
Marneuli bələdiyyəsində cəmi 14 uşaq bağçası var. “Məktəbəqədər
ətraf mühitin mühafizəsi təhsili” dərsliyi məktəbəqədər hazırlıq
proqramı çərçivəsində hazırlanıb. Dərsliyə yaşa uyğun nəzəri
materiallardan başqa praktiki çalışmalar da daxil edilib və üç
ətraf mühitin mühafizəsi mövzusunu – ətrafımızdakı biomüxtəliflik,
su və enerjiyə qənaət, tullantıların idarə olunması mövzularını
birləşdirir.
Müxtəlif bələdiyyələrdə ətraf mühitin mühafizəsi məsələsi ilə bağlı
təlimlərə 2016-cı ildə başlanılıb. Bütün Gürcüstan miqyasında isə
tərbiyəçi-mütodistlərin hazırlığı 2019-cu ildə başa çatacaq.