Azərbaycanlı gənclər özlərini Gürcüstan dövlətinin bir hissəsi hesab edirlər - EMC-nin araşdırmasının nəticələri
Bu gün, 18 dekabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində Kvemo Kartli bölgəsində yaşayan Azərbaycanlıların milli kimlik problemləri ilə bağlı araşdırmanın təqdimatı keçirildi.

Araşdırmanın məqsədi qərarları qəbul edən qruplara cəmimyyətdə davam edən dəyişiklikləri göstərmək və bunlara əsaslanmış siyasətin aparılmasını tələb etməkdir.

İlya Dövlət Universitetinin dosenti Sofo Zviadadzenin dediyinə görə, araşdırmanın əsas kəşfi gənc Azərbaycanlılar arasında milli kimliyin yenidən müəyyənləşdirmək arzusudur.

“Bizim araşdırma əsasında aşkar olundu ki, Azərbaycanlıların özlərini Gürcüstan dövlətinin bir hissəsi hesab etmələri mülki milliyətçilikdir. Bu onların əsas milli kimliyidir və Azərbaycan və islam mədəniyyətinin qarışığı olan öz mədəni mənsubiyyətlərinin Gürcüstan dövləti ilə harmoniyada olmasını arzulayırlar”
, – Sofo Zviadadze deyib.

Zviadadze deyir ki, dövlətə və milli kimliyə qarşı münasibətdə nəsillər arasında fərqlər var.

“Fərq ondadır ki, gənclər arasında maarifləndirmə daha güclüdür və onlarda siyasətdə iştirak etmək potensialı və arzusu görünür. Yaşlı nəsildə isə daha çox ümidsizlik var və özlərini siyasətdə görmürlər. Gənclərin məhz bu mülki milliyətçiliyinə onların ictimai sahələrdə işləmək, siyasi həyatda və dövlət işlərində iştirak etmək arzuları səbəb olub”, – Sofo Zviadadze deyir.

“Kvemo Kartli Azərbaycanlıları arasında milli kimlik problemi və onun siyasi və sosial ölçüləri” araşdırması ATƏT-in Milli Azlıqlar Üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirilən “Milli azlıqların siyasi həyatda iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində İnsan Hüquqları və Tədris Mərkəzi tərəfindən aparılıb.

“Marneuli” radiosu


Print ელ. ფოსტა
FaceBook Twitter Google