Marneulinin sosial infrastrukturu ilə bağlı ictimai müzakirə (LIVE)
Bu gün, 19 dekabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində Marneuli bələdiyyəsinin 2019-cu il büdcəsinə daxil edilmiş sosial infrastruktur proqramları ilə bağlı ictimai müzakirə keçirilib.

Görüş bələdiyyə büdcəsi layihəsi çərçivəsində keçirilir və əsasən məktəblərin təmiri, yollar, tullantıların idarə olunması, suvarma suyu sistemləri və s. kimi sosial infrastruktur proqramlarını əhatə edən mövzular müzakirə olunur.

“Marneuli Demokrat Qadınlar Cəmiyyəti”nin sədri Olqa Endeladze deyir ki, büdcə layihəsi artıq hazırlanmış olsa da, bugünkü görüş yeni prioritetlərin müəyyən olunmasına kömək edəcək.
“Yeni prioritetlərin və ya proqramların özünün həyata keçirilməsinin səmərəliliyi üçün həqiqətən belə görüşlərə ehtiyac var. Çünki bu proqram çərçivəsində 2019-cu ildə nə olacaq, nə ola bilər – bunları müzakirə edəcəyik. Bunlar belə görüşlərin əsas məqsədidir”,
– Olqa Endeladze deyir.

Görüşün əsas məqsədi bələdiyyə proqramların gender bərabərliyi planının həyata keçirilməsi baxımından kənddə yaşayan müxtəlif sosial qruplar üçün əlçatanlığının artırılması, maraqlanan tərəflərin fikirlərinin və iradlarının qeydə alınması və şura üzvlərinin maarifləndirilməsi və büdcə prosesləri ilə bağlı tövsiyələrin hazırlanması və çatdırılmasında iştirakdır.
Müzakirə “Marneuli Demokrat Qadınlar Cəmiyyəti” və “Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsi” tərəfindən həyata keçirilən “Mülki sektor bələdiyyə siyasətinin hazırlanması üçün” layihəsi çərçivəsində keçirilib.

“Marneuli” radiosu



რადიო "მარნეული"
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
მსგავსი სტატიები არ მოიძებნა